Moldova klubu "Araz-Naxçıvan"ın yoluyla getdi

06.12.2014 | 2671 dəfə oxunub

Moldova çempionatında cari mövsümdə ikinci komanda iştirakını dayandırıb. Stadium.Az xəbər verir ki, noyabr ayında "Kostulena” komandasının fəalliyətini dayandırmasından sonra, bu dəfə "Veris” çempionatdan imtina edib.

Komandanın çempionatda iştirakına son verməsinə əsas səbəb isə "Şerif”lə oyunlarda hakimin qərəzli qərarları olub. "Xəzər Lənkəran”da çıxış etmiş Denis Kalinkova qarşı kobudluq olsa da, hakim penalti təyin etməyib.

Kişinyov komandası üzvlükdən çıxarılıb, komandanın iştirak etdiyi bütün oyunların nəticələri ləğv olunub, turnir cədvəli isə yenilənib. 16 turdan sonra "Veris” "Daçiya” və "Şerif”i 2 xal qabaqlayaraq ilk pillədə qərarlaşmışdı.

Qeyd edək ki, Azərbaycan çemopionatında iştirak etmiş "Araz Naxçıvan” da bir müddət öncə hakim qərarlarına etiraz əlaməti olaraq fəalliyətini dayandırmışdır.

"Veris”in heyətində vaxtilə Azərbaycan çempionatında iştirak etmiş futbolçulardan Denis Kalinkov "Xəzər Lənkəran”da, Dan Pisla isə "Muğan” və "Turan” klublarında oynayıb. Məşqçi Aleksey Savinov isə "Bakı”da çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail