Prosineçki imtina etdi, Maqat razılaşdı

06.12.2014 | 3512 dəfə oxunub

“Bavariya”nın sabiq çalışdırıcısı Feliks Maqat Bosniya və Herseqovina millisinin “sükanı arxasına” keçə bilər. Stadium.Az xəbər verir ki, yerli futbol federasiyası bununla bağlı Maqata təklif göndərib.

Təcrübəli mütəxəssis artıq buna reaksiya da verib. O, Bosniya və Herseqovina millisini çalışdırmağa hazır olduğunu deyib: “Bosniyanın böyük istedada malik oyunçuları var. Mən bu komandaya kömək edə bilərəm”.

Əlavə edək ki, Bosniya və Herseqovina millisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində yer aldığı B qrupunda cəmi 2 xal toplayıb. İsrailə son məğlubiyyət (0:3) baş məşqçi Safet Susiçin istefaya göndərilməsi ilə nəticələnmişdi.

Qeyd edək ki, Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki millimizə keçməmişdən əvvəl bosniyalılardan təklif almış, lakin qəbul etməmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail