"Fair Play" mükafatı bu dəfə könüllülərə təqdim olundu

13.01.2015 | 3325 dəfə oxunub

Yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçirilmiş FIFA Ballon d'Or 2014 tədbirində 1987-ci ildən bəri  hər il müxtəlif fan-klublar, assosasiyalar və fərdi oyunçulara verilən FIFA Fair Play mükafatı bu dəfə FIFA könüllülərinə təqdim olunub. Stadium.Az xəbər verir ki, mükafatı təqdim edən FIFA-nın baş katibi Jerome Valcke çıxışında deyib: "Qürur hissi ilə bildirmək istərdim ki, minlərlə könüllülər bizim üçün örnəkdir. Onlar öz vaxtlarını və enerjilərini sərf edərək bizə Dünya Çempionatlarını daha da yaxşı keçirmək üçün kömək edirlər. Könüllülər bizim turnirlərə həvəs və hərarət qatırlar. Onlar turnirlərimizi xüsusi töhfə verirlər və bu ruhlandırıcı şəxslər olmasa, biz tədbirlərimizi dünyaya istədiyimiz kimi sərgiləyə bilməzdik".

Xatırladaq ki, 2011-ci ildən başlayaraq AFFA-nın Könüllülük Proqramı həyata keçirilməkdədir. Ölkəmizdə futbol sahəsində könüllülüklə bağlı indiyə qədər keçirilmiş ən irihəcmli tədbir FIFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 olub. Çempionat ərzində 14 bölmədə 1100-dən çox könüllü iştirak edib. Beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişafına töhfə olaraq 2014-cü ilin mayında AFFA-nın təşkilatçılığı ilə 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlərin iştirakı etdiyi Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail