Joze Mourinyo: "Mənə və "Çelsi"yə qarşı fərqli standartlardan yanaşırlar"

18.01.2015 | 2577 dəfə oxunub

Joze Mourinyo yanvarın 8-də İngiltərə Futbol Federasiyası tərəfindən ittiham edilməsinə toxunub. Stadium.Az xəbər verir ki, portuqal mütəxəsis qəbul olunan qərarların həmişə onalara qarşı olduğunu söyləyib. 


"İndi özümə nəzarət edə bilirəm. Daha ciddi problemlərim ola bilərdi, amma münasib qərar qəbl etdilər. Artıq sözlərimi nəzarətdə saxlamaq iqtidarındayam. Federasiyanın ittihmından şikayət etməyəcəm. İşimə davam edib bunu yaddan çıxarmağa çalışacam. Düşünürəm ki, ayın ən yaxşı məşqçisi olmaq üçün şansım yoxdu. "Çelsi" hakimlərə qarşı deyil. Bilirik ki, onların işi çətindir. Mən öz səhvlərimi həvəslə etiraf edirəm. "Vatford"a qarşı matçdan sonra görüşün referisi Kevin Frendlə danışanda səhvin məndə olduğunu bildiridim. O da üzr istədi. Hər qərar bizə qarşı yönəlib. Bu da nəticələrdə özünü göstərir. Amma düzgün insanları da sual altında qoymaq istəmirik. Məsələn, "Stok Siti" və "Mançester Yunayted"lə oyunlarda penalti epizodları vardı. Smollinq cərimə meydançası daxilində əllə oynamışdı. Bunu şişirdən oldumu? Sizcə analoji epizodda "Çelsi"nin qapısına penalti təyin olunmasaydı, nə baş verərdi? Reaksiya ikiqat, üçqat kəskin olardı. Hakimlərdə daha çox sərbəstlik hissi yaratmaq lazımdır ki, təzyiqdən çəkinməyib daha yaxşı idarəçilik etsinlər".

Mourinyo "Arsenal"la ilk dövrədə baş tutan qarşılaşmada Arsen Vengerlə yaşadığı epizodu da yada salıb.
"Çelsi" hadisələrin mərkəzində olanda başqa reaksiya verilir. Düşünürsüz ki, mən başqa məşqçini itələsəydim, meydançaya girişi qadağan edərdik? Bəli, mənə və "Çelsi"yə qarşı fərqli standartlardan yanaşırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail