Millimizin sabiq üzvü "Volqa"nın baş məşqçisi oldu

04.02.2015 | 3395 dəfə oxunub

Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın "Volqa" klubunun baş məşqçisi təyin olunub. Stadium.Az xəbər verir ki, bu, onun dörd illik fasilədən sonra Tver klubuna növbəti dönüşüdür.

Amma bu dəfə o, sabiq klubuna futbolçu kimi yox, yeni statusda - baş məşqçi kimi qayıdıb. 2008-ci ildən 2011-ci ilədək "Volqa"da oynayan Emin bu klubda keçirdiyi 90 oyunda 2 qola imza atıb. Bundan əlavə o, Rusiya Kubokunda 10 da oyuna çıxıb. Bir neçə də komandasını meydana kapitan kimi çıxaran Ağayev 2009-cu ildə klubunun ən yaxşı futbolçusu adına layiq görülüb. O, futbolçu karyerasını da məhz bu komandada başa vurmuşdu.

Emin Ağayev Azərbaycan yığmasında 65 oyun keçirib, 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail