Mərakeş Fudbol Federasiyası cəzalandırıldı

11.02.2015 | 3526 dəfə oxunub

Afrika Futbol Konfederasiyası (AFK) Mərakeş Futbol Federiyasına (MFF) ağır cəza tətbiq edib.

Stadium.AZ-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna Mərakeşin Afrika kubokuna ev sahibliyindən imtinası səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl başa çatan Afrika Millətlər kubokunun Mərakeşdə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “qara qitə”də Ebola virusunun sürətlə yayılmasını əsas gətirən Mərakeş yarışın başlamasına bir neçə ay qalmış ev sahibliyindən imtina etmişdi. Afrika Futbol Konfederasiyası Mərakeşi qərarından daşındırmağa çalışsa da, buna nail ola bilməmişdi. Nəticədə turnirin Ekvatorial Qvineyada keçirilməsinə qərar verilmişdi.

Mərakeşin ev sahibi olduğu nüfuzlu yarışı qəbul etməkdən boyun qaçırması səbəbindən bu ölkənin 2017 və 2019-ci illərdə keçiriləcək Akfrika Millətlər kubokunda iştirakına qadağan qoyulub. Bundan başqa, federasiya təqribən 883 min avro məbləğində cərimələnib. Mərakeşin turnirə ev sahibliyindən imtinasından sonra Afrika Futbol Konfederasiyasına dəymiş zərərə görə isə bu ölkənin təqribən 8 milyon 50 min avroluq təzminat ödəməsi haqda qərar çıxarılıb.

Mərakeş Futbol Federasiyası isə AFK-ın cəzalarına etiraz edib. Qurumdan bildirilib ki, öz haqlarını qorumaq üçün sonadək mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail