"Neymar özü istəyir ki, onu yıxsınlar"

27.02.2018 | 3399 dəfə oxunub

Fransa Liqasının 27-ci turunda "Marsell"i qəbul edən PSJ 3 cavabsız qolla qələbə qazansa da, komandanın liderlərindən olan Neymarı zədə səbəbindən itirib.

Stadium.Az xəbər verir ki, braziliyalı futbolçunun topuq nahiyəsində problem aşkarlanıb. Bu zədənin sağalması adətən 1 həftə vaxt alır. Amma istisnalar da var. Neymarın Fransa Kubokunda "Marsell", Liqada isə "Troya"la matçları buraxacağı dəqiqdir.

Onun Çempionlar liqasının 1/8 final mərhələsində "Real"la cavab görüşünə çıxması da sual altındadır. "Marsell"in müdafiəçisi Jordan Amavi isə ulduz futbolçunun zədələnməsində günahkar olmadıqlarını hesab edir:

"Biz normal oynayırıq. Neymar özü istəyir ki, onu yıxsınlar. Mən meydanda gördüklərimi deyirəm. O, qarşısının kəsilməsini gözləyir və topu son anda ötürür. Bəs, cavabında nə gözləyir? Hər kəs onun istedadlı oyunçu olduğunu bilir, amma yıxılmağa meyillidir".

PSJ-nin daha bir futbolçusu - Markinyos da sol ayağının əzələsini dartıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail