UEFA 2017/2018 mövsümündə vurulan ən yaxşı qolu açıqlayıb. Stadium.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 346 mindən çox azarkeşin iştirak etdiyi sorğuda Kriştianu Ronaldunun İspaniya “Real”ın heyətində hazırkı komandası – İtaliya “Yuventus”una Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda vurduğu qol birinci olub.
197 mindən çox şəxs 33 yaşlı portuqaliyalı hücumçunun aşırma zərbə ilə vurduğu qolu ən yaxşı sayıb. Kriştianu Ronaldo bu yay “Yuventus”a transfer olunub.