Avro-2020-nin biletləri bu tarixdə satışa çıxacaq

29.01.2019 | 4507 dəfə oxunub

AFFA AÇ-2020-nin Bakıda keçiriləcək oyunları üçün biletlərin satışa çıxacağı tarixi açıqlayıb.

Stadium.az xəbər verir ki, bilet satışına 12 iyun tarixindən başlanması planlaşdırılır. Bu barədə federasiyanın rəsmi saytında Avropa çempionatının başlamasına 500 gün qalması ilə bağlı yerləşdirilmiş yazıda məlumat verilib.

UEFA-nın rəsmi saytı da AÇ-2020-nin oyunları üçün bilet satışına iyunun 12-də start veriləcəyini açıqlayıb.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.

2020-ci ildə Avropa Çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail