Yaşar Seyidov: "Neftçi" rəhbərliyi hələ də bilmir ki, futbolu topla oynayırlar"

07.06.2012 | 7801 dəfə oxunub

Az əvvəl də xəbər vermişdik ki, 15 yaşlı futbolçular arsında Azərbaycan çempionatının finalında keçirilən "Bakı" -  "Neftçi" oyunu qanlı olayla başa çatıb. Nəticədə "Bakı"nın vitse-prezidenti Yaşar Seyidovla "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev arasında qanlı olay yaşanıb. Seyidov bu davada ağır bədən xəsarətləri alıb. Olayla bağlı Seyidovla danışdıq. Yaşar müəllim hadisəylə bağlı "Stadium.az" saytın açıqlamasındabunları söylədi: "Hadisə belə başladı ki, "Neftçi" bizim komandanı 1:0 hesabı ilə uddu. Bundan sonra da onlar, futblçuları, azarkeşləri, tərəfdarları, rəhbərlikləri - onların uşaq komandasına baxan Mübariz adlı insan bizim 15 yaşlı futbolçulara hücum etdi. Mən kənardan 15 yaşlı uşaqlarımızın döyülməsinə baxa bilməzdim ki, uşaqları müdafiə edən zaman mənə də zərbələr dəydi. Eybi yox, o uşaqlardansa, qoy elə zərbələr mənə dəysin, bununla mənə nəysə olmaz. Futbolçularımızın bir çoxunun bədənləri göm-göy, üzləri isə qap-qaradır. "Neftçi" rəhbərliyi hələ də bilmir ki, futbolu topla oynayırlar. Onlar başa düşmürlər ki, futbol topla oynanılır, əlbəyaxa döyüş növü deyil. Bilirsiz necədi, indi mən deyə bilərəm məndə günah yoxdu, bunu qarşı tərəf də söyləyib. Amma baş verən bütün hadisələr videolentə alınıb. Sabah bu olayın bütün görüntüləri ictimaiyyətə təqdim olunacaq. Ondan sonra özünüz görəcəksiz ki, kim haqlı olub, kim haqsız".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail