"I Qəbələ Kuboku": YARISI ƏT, YARISI BALIQ - YAZI
"Qəbələ" klubunun Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərdən çox danışılır. Bu komandanın uşaq futbolunun inkişafı üçün gördüyü işlər, ölkəmizdə heç yerdə olmayan təbii örtüklü stadionların - meydançaların istifadəyə verilməsi sözün hər mənasında alqışa layiq işlərdir. Amma... amma bunlarla da işi bitirmək, hər şeyi uğurlu saymaq olmaz. Bu komandanın bilmədiyi, bacarmadığı işlər hələ çoxdur. Bunların hamısını sizlərə yavaş-yavaş anladacam. Mayın 31-də Qəbələdə "I Qəbələ Kuboku" adlı turnir start götürdü. Bundan bir gün əvvəl isə təkilatçı komanda futbol yazarlarını Qəbələyə apardı.
BAKIDAN
QƏBƏLƏYƏ ƏZAB-ƏZİYYƏTLİ 3.5 SAATLIQ YOL
Bakıdan
Qəbələyə yola düşən avtobusun hansı səviyyədə olmasını sizə sözlə başa salmaq
çox çətindir. Az qala ölkəyə sahib olan "Qəbələ" klubunun sahiblərinin
media nümayəndələrinə bu cür münasibət bəsləməsi hamını çaşdırmışdı. Avtobusun
istifadəyə orta yararlı olmamasını bildirməklə Bakıdan Qəbələyə necə getməyimizi
sizə qısaca olaraq anlatmaq olar. 3.5 saata getdiyimiz məsafəni, bu müddət ərzində
yolda yalnız bir stəkan çaya qonaq edildik. Nəhayət ki, Qəbələyə yetişdik.
Jurnalist həmkarlarımız dərindən ah çəkərək əzab-əziyyətin sona çatdığını düşünərək,
sevindərək avtobusdan enməyə başladılar, içi bəndəniz daxil olmaqla. Sən demə, əzablı
günlərimiz hələ davam edəcəkmiş. Qısa sürə olsa belə...
... İLK GECƏ
Otaqlara
yerləşdikdən sonra, yemək zamanı idi. Hərə istədiyi qədər yeyib, qaldığımız
otelin önündə yerləşən parka gəzintiyə çıxdı. Kimisi şahmat, kimisi nərd,
kimisi də "play station" oynamaqda idi. Gecə yarısı - hamı yatmağa.
Başqalarından xəbərim yox idi, amma yatağa girməyimlə durmağım an məsələsi oldu.
Otelin bəlkə də, aylarla dəyişməyən yataq dəstlərində olan nələrsə canıma
daraşmağa başladı ki, özümü hamama güclə çatdırdım. Sizdən çox-çox üzr istəyirəm,
həmin o nələrsə elə yerlərimə daraşmışdı ki, bir neçə dəqiqə sabunlanandan
sonra (kənardan bunu kimsə görsəydi, hər şeyi tam əksinə başa düşərdi) qaynar
suyla yuyunaraq üst paltarımı soyunmadan ilk gecəni yola verdim. Mənimlə otaq
yoldaşı olan İlkin Vidadioğlunun vəziyyəti isə daha ağır idi. Onun az qala hər
dəqiqə təkrarladığı "belə yerdə qalmaq olar, gəl yerimizi dəyişək, mən
düşürəm aşağı, burda canımı nəsə yeyir" sözləri də dediklərimin sübutudur.
Heç
düşünürsüz ki, İlkin oteldə "raskladuska"da yatırdı? Həqiqətən eləydi...
Həmin
gecə sonuncu dəfə saata baxanda isə 04:53 idi. Sonrasını xatırlamıram, yuxudan
oyandıqda səhər saat 08:19 idi. İlk gecəni əzablı şəkildə belə bitirmişdik.
STADİONDA
BƏRBAD TƏŞKİLATÇILIQ
İlk oyun saat 10:00-da başlayırdı. Səhər yeməyindən sonra stadiona yollandıq. Amma qarşılaşdığımız mənzərə hər kəsi məyus etmişdi. "Qəbələ" klubu Bakıda idman yazarı qoymamışdı, hamısını yığıb aparmışdı əyalətə. Amma stadionda KİV nümayəndələri üçün oturmağa normal yer belə yox idi. Vəziyyətin çıxılmaz olduğunu görən həmkarlarımız hərəyə bir oturacaq taparaq özünü kölgəyə - karbon qazı buraxan qoz ağaclarının altına verdi. Yamac şəklindəki qoz ağacının altında oturaraq ilk oyuna - "Qəbələ" - "Brondbü" matçına baxmaq zorunda idik. Bu halımızı "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov görsə də, baş bulayaraq vəziyyəti yola verdi. Oyunun fasiləsində jurnalistlər - Emin Abbasov, İlkin Vidadioğlu, Vüsal Gözəlov qaldığımız otelin durumunun bərbad olduğunu "Qəbələ" rəsmilərinin diqqətinə çatdırdı. Bundan sonra vəziyyət düzəldi. Qaldığımız otel dəyişdi, elə bütün vəziyyət də. Artıq media əhli 5 ulduzlu oteldə məskunlaşmışdı. Amma buradakı ilk vəziyyət də ürəkaçan olmadı. Otaqlara yerləşməyimiz dəqiqələr çəkmədi ki, otel işçiləri otaqlardakı "mini bar"ı yığışdırmağa başladılar. Səbəbini soruşduqda isə "bizə belə tapşırıblar" cavabını aldıq. Bu da jurnalistlərə daha bir hörmətsizlik idi.
Yeri gəlmişkən, qonaq komandalara hər cür şərait yaranmışdı, sadəcə, problem ancaq avtobusda aparılan KİV nümayəndələriylə idi.
ƏYLƏNCƏ
Bundan
sonrakı günlər isə normal axarla getdi. "Qəbələnd"də keçirdiyimiz xoş
anlar, həqiqətən təqdirəlayiq idi. İstirahət zonasında əylənməyimiz üçün hər
bir şərait yaradılmışdı. "Metkartinq", "paintball" yarışları, müxtəlif əyləncələrin yeri
var idi. Jurnalistlərlə "Qəbələ"nin məşqçiləri arasında keçirilən və
bizim 11:8 hesabı ilə qalib gəldiyimiz oyunun da yeri var idi.
Bütün
bunların fonunda, yenə çatışmazlıqlar qalmaqdaydı. Məsələn, stadionda internet
yox idi. Amma bu problem "Data Kart"la aradan qaldırıldı.
"THE END"
Nəhayət,
turnirin son günü gəldi. Finalda "Qalatasaray"ın prinsipial oyunda
Serbiya millisini üstələyərək kuboku qazanması bəndənizə bütün problemləri
unutdurdu. Əzəli balkan - osmanlı rəqabətindən biz türklər üzüağ çıxmışdıq.
Final qarşılaşması başa çatandan sonra 15 yaşlı "Qalatasaray"lı
futbolçunun Azərbaycanın 3 rəngli bayrağına bürünməsi isə sözlə ifadə edilməyəcək
hislər idi.
Bir
çox çatışmazlılqlar olsa da, "Qəbələ" klubu bu turniri keçirməklə ölkəmizin
imici üçün böyük iş gördü. Ən azından indi "Brondbü",
"Levante", "Vilyareal", Serbiya millisi,
"Qalatasaray",
"Feynord" kimi klublarda ölkəmiz üçün xoş olan böyük təsəvvür
yarandı.
Qəbələdəki
problemlərdi yazmaq - oxucuya çatdırmaq isə deyəsən, təkcə mənim borcum imiş. Çünki Qəbələdə "gen-gen"
danışanlardan heç birindən səs çıxmadı. Bu yazını saytda gec yerləşdirməyimin də
səbəbi bu idi. Gözlədim ki, görüm, tərpənən olacaq...
P.S. "Qəbələ"
rəsmiləri məndən inciməsin, gördüyümü yazmağa borcluyam. Onların
çatışmazlıqlarını üzə çıxaran olmasa, bu hal hər dəfə təkrarlanacaq, yoxsa. Belə
halların təkrarlanmaması ümidi ilə "Qəbəbə"dəki gənc və yeniyetmə
futbolçulara böyük uğurlar arzulayan
Vüsal BƏBİRLİ
|
||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |