“Neftçi”nin taleyi 1 oyunda 4 qırmızı vərəqə göstərən hakimin əlindədir
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Hapoel” - “Neftçi” görüşünü irlandiyalı Alan Kelli idarə edəcək. Stadium.az xəbər verir ki, irlandiyalı referi 1975-ci il aprelin 9-da anadan olub. İlk dəfə 17 yaşlılar arasında Avropa çempionatının oyunlarına təyinat alıb. 2002-ci ildə baş tutan həmin yarışda Kelli qrup mərhələsinin 3, eləcə də play-off mərhələsi çərçivəsində baş tutan Fransa - İspaniya görüşündə ədaləti qoruyub. Çempionlar Liqasında Kelli ilk dəfə 2003-cü ildə oyun idarə edib. O ilk təsnifat mərhələsi çərçivəsində baş tutan “Tirana” (Albaniya) - “Dinamo” (Tbilisi, Gürcüstan) görüşündə ədaləti qoruyub. 2005-ci ildə Kelli 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Danimarka - Rusiya oyununda diqqətləri üzərinə çəkib. Belə ki, Danimarka millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan həmin görüşdə irland referi Rusiya millisinin 4 futbolçusuna qırmızı vərəqə göstərib. Milli komandalar səviyyəsində ilk rəsmi görüşü Dünya çempionatı - 2006-nın seçmə mərhələsi çərçivəsində baş tutan Estoniya - Lüksemburq matçı olub. Daha sonra qitə kubokları və milli səviyyəsində bir çox oyunları idarə edən Kelli millimizin oyununa da təyinat alıb. Dünya Çempionatı-2010-un seçmə mərhələsi çərçivəsində 2009-cu il avqustun 12-də Bakıda baş tutan Azərbaycan - Almaniya (0:2) matçında ədaləti məhz o qoruyub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |