Rövşən Bayramov: “Rio-de-Janeyroda əsas hədəfim qızıl medal qazanmaqdır”
“Olimpiadada
zəif idmançı olmur, buraya seçmə atletlər gəlir. Finala yüksəlmək üçün hansı
qrupa düşsəydim, udmalıydım. Necə deyərlər, çətinliyin öhdəsindən gəldim və
finala yüksəldim”. Stadium.az xəbər verir ki, bu sözləri Yay Olimpiya
Oyunlarının ikiqat gümüş medalçısı, yunan-Roma güləşi üzrə millimizin üzvü Rövşən
Bayramov deyib.
Bayramov fəxri kürsüdə yer almağı böyük şərəf saysa
da, yalnız finalda uduzmasına təəssüflənir: “Amma çox təəssüf edirəm ki, mən qızıl medalı qazana bilmədim. Buna
baxmayaraq, Olimpiya Oyunlarından medalla qayıtmaq böyük bir şərəfdir. Əlbəttə,
çox çalışırdım ki, ikinci Olimpiadamdan qızıl medalla qayıdam. Bildiyiniz kimi
rəqibim də çox güclü, 5 qat dünya çempionu idi. Çox gərgin döyüşümüz keçdi. Ola
bilsin özümdə inam az oldu”.
25 yaşlı idmançımız bu arzusunu 4 ildən sonra
Rio-de-Janeyroda keçiriləcək Olimpiadada gerçəkləşdirəcəyinə inanır. O, İTV-yə
verdiyi müsahibəsində bildirib ki, həmin yarışda əsas hədəfi yalnız çempionluq
olacaq: “Hər bir idmançı yalnız
Olimpiadada qızıl medalı fikirləşir. Əlimizdən gələni edəcəyik ki, arzuları
yerinə yetirək. Buna görə də var gücümüzlə hazırlaşacağıq ki, qarşımıza qoyulan
imtahanın öhdəsindən gələk. Rio-de-Janeyroda əsas hədəf qızıl medal olacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |