London-2012: Ratkeviç Azərbaycana yeddinci medalı qazandırdı YENİLƏNİB
Bu gün ikinci qadın güləşçimiz Yuliya Ratkeviç də mübarizəyə qoşulub. Stadium.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan dünya və Avropa çempionumuz ilk mərhələdən azaddır. 1/8 finalda isə Ratkeviç Yunanıstan güləşçisi Maria Prevolaraki ilə qarşılaşıb.
İdmançımız yarışa uğurla start verib. Ratkeviç Prevolarakini məğlub edərək, 1/4 finala adlayıb. Burada təmsilçimizi çox güclü rəqib gözləyir. Ratkeviç 1/4 finalda Saori Yoshida (Yaponiya) ilə qarşılaşacaq. Saori bu çəkinin 1 nömrəli favoritidir. Yaponiyalı idmançı 9 qat dünya (2002, 2003, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011) və 2 qat olimpiya (2004, 2008) çempionudur.
Təəssüf ki, Yuliya güclü rəqibi ilə bacarmayıb. Yaponiyalı idmançıya 0:3 hesabı ilə uduzan güləşçimiz bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə qatıla bilər. Bunun üçün yaponiyalı güləşçi finala yüksəlməlidir. Bu halda Ratkeviç bürünc medala sahib çıxmaq üçün 2 görüşü qələbə ilə başa vurmalıdır.
Yaponiyalı güləşçi finala yüksəlib. Bu isə idmançımızın bürünc medal uğrunda yarışması üçün şərait yaradır. Ratkeviç ilk təsəlliverici görüşündə ABŞ güləşçisi Kelsey Kempellə qarşılaşacaq. Qələbə qazanacağı halda Ratkeviç bürünc medal uğrunda həlledici görüşə çıxacaq və bu zaman rusiyalı Valeriya Zhobolova ilə yarışacaq. Ratkeviçin Kempellə görüşü Bakı vaxtı ilə 22:15-də start götürəcək.
Ratkeviç ABŞ idmançısını məğlub edərək, bürünc medala 1 addım da yaxınlaşdı. İndi güləşçimizi bürünc medaldan yalnız 1 qələbə ayırır. Ratkeviç son görüşündə rusiyalı Valeriya Zhobolova ilə qarşılaşacaq. Qələbə qazanacağı halda Ratkeviç ölkəmizə yeddinci medalı qazandıracaq. Görüş Bakı vaxtı ilə saat 22:54-də başlayacaq.
Ratkeviç inamlı çıxışını həlledici qarşılaşmadada da davam etdirib. Rusiyalı ilə görüşdə möhtəşəm çıxış edən Ratkeviç rəqibini məğlub edərək, bürünc medal qazanıb. Bu, idmançılarımızın Londonda qazandıqları sayca yeddinci medaldır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |