Sadıq Sadıqov: "Məni istefaya göndərə biləcək klub axtarıram" Müsahibə

10.12.2012 | 4223 dəfə oxunub

Tarixi oyunda "İnter"lə 2:2-lik heç heçə edən “Neftçi”nin prezidenti Sadıq Sadıqov qarşılaşmadan sonra "Het-trik news" qəzetinə müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Yəqin ki, oyundan razı qaldız?

- Mən şadam ki, komanda layiqli çıxış etdi, Milanda xal qazandı. Biz futbolçularımızın bu oyunda necə çıxış edəcəklərinə görə çox narahat idik. Şadam ki, onlar qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildilər və növbəti dəfə tarix yazdılar. Öncə qrup mərhələsinə vəsiqə qazandıq, ardından qrup mərhələsində ilk xalımızı qazandıq, indi də “İnter” kimi "nəhəng" klubla səfərdə heç-heçə etdik. Fikrimcə, yaxın 10 ildə çətin ki, klublarımızdan hansısa bizim nəticəmizi təkrarlaya bilər. Yaxşı oyun alındı. Elə nəticə də yaxşı hesab oluna bilər.

- Baş məşqçi Böyükağa Hacıyev həmişə mətbuat konfranslarında sizin komandaya köməyinizdən danışır. Oyunçular da bunu gizlətmirlər...

- Mən daim komanda ilə birgə olmağa çalışıram. Onların məşqlərinə, oyunlarına gedirəm. Onların bütün dərd-səri ilə yaxından maraqlanmağa çalışıram. Həll olunası problemlərini bilmək istəyirəm. Hər məğlubiyyətlərini, qələbələrini birgə yaşamağa çalışıram. Bu oyun ərəfəsində də bir neçə dərman içməli oldum. Özünüz də gördünüz. Milandan xal götürməyimiz çox sevindiricidi. Çox şadam ki, İtaliyadan əliboş qayıtmırıq.

- Sadiqovun qolu, Kanalesin yekun nəticəni müəyyənləşdirməsi və final fiti. Hansı daha çox yaddaqalan oldu?

- Sona 30 saniyə qalmış fit səsləndi. Mən elə düşündüm ki, oyun qurtardı. Bir-birimizi təbrik etməyə başlamışdıq, amma sonra gördük ki, oyun davam edir. Bu, oyunçuları da çaşdırdı. Həmin son 30 saniyə çox uzun çəkdi. Bu, daha çox yadımda qaldı.

- Hacıyev digər klub prezidentlərinə sizin metodunuzdan istifadə etməyi məsləhət görür...

- Bu, onun fikridi. Mən isə özümü kimdənsə yaxşı hesab etmirəm. Mənim əsas üstünlüyüm ondadır ki, futbola idmandan gəlmişəm. Uzun müddət “Neftçi” İSM-ə rəhbərlik etmişəm. İdmançılara nə lazım olduğunu yaxşı bilirəm. Yəqin ki, həmin təcrübə indi köməyimə çatır.

- Hacıyevin bəzi açıqlamaları sizə çox kəskin görünmür ki?

- Mənə elə gəlir ki, onun belə danışmağa haqqı çatır. O, öz sözünü əməldə də həyata keçirir. Hacıyev nəticə qazanır, rəqabətdən qorxmur. Böyükağa özü məşqçiləri rəqabətə dəvət edir. Əgər, kimsə onu məğlub etmək istəyirsə, buyursun. Mən çox sevinirəm ki, “Neftçi” bütün bu uğurlarını azərbaycanlı məşqçinin rəhbərliyi altında qazanır.

- “Neftçi”dən bundan sonra nə gözləyək?

- Bizə dayanmaq olmaz. Çempionluq uğrunda mübarizəmizi davam etdiririk. Komandanı gücləndirmək lazımdı.

- Yenidən çempion olmaq istəyirsiz?

- Mən ardıcıl beş dəfə Azərbaycan çempionu olmağımızı istəyirəm. Ondan sonra rahatca istefaya gedə bilərəm. Etiraf edim ki, digər klublardan olan həmkarlarımla söhbətlərdə tez-tez deyirəm ki, məni istefaya göndərə biləcək klub axtarıram, amma beləsini tapmamışam.

- Komanda fasilədə gücləndiriləcək?

- Təbii ki. Düzdü, yaxşı futbolçu tapmaq çətin məsələdir, amma istədiyimiz oyunçuları tapa bilsək, mütləq transfer edəcəyik. Gələn mövsüm Avrokuboklarda uğurlu çıxış etmək istəyiriksə, artıq indidən işə başlamalıyıq. Heyəti indidən təşkil etməliyik ki, sonra indiki kimi əziyyət çəkməyək.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail