Ərtoğrul Sağlam: "Millini çalışdırmaq müqəddəs vəzifədi" Müsahibə
"Bursaspor"un baş məşqçisi Ərtoğrul Sağlam təhsil ocaqlarının birində tələbələrlə görüşüb. Görüş zamanı Sağlam tələbələrin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis bir-birindən maraqlı açıqlamalar verib. Sağlamın ən maraqlı fikirlərini təqdim edirik:
- Milli komandadan təklif gəlsə, qəbul edərsiz?
- Hər məşqçinin
idealları, gözlədiyi təkliflər var. Bunlardan biri də milli komandadır. Yığmanı
çalışdırmaq müqəddəs vəzifədir. Hazırda belə bir təklif gözləmirəm. Həm
millinin öz çalışdırıcısı var, həm də mən böyük hədəfləri olan klubda
çalışıram. İndiki halda yalnız futbolçu yetişdirərək milli komandaya fayda
vermək istəyirik. Amma gələcək illərdə təbii ki, mən də millini çalışdırmaq
istərdim.
- Yaxşı bir idmançı necə
olmalıdı?
- Yaxşı idmançı olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdı.
Əxlaqlı olmaq da yaxşı idmançının imtina edə bilməyəcəyi kriteriyalardan
biridir. Əgər gərgin rəqabətə tab
gətirərək, düzgün şəkildə çalışsanız, nizam-intizam qaydalarına diqqət
yetirsəniz, o zaman yaxşı bir idmançı olmağınız mümkündür. Perspektivli
futbolçu və ya basketbolçu ola bilərsiz, amma dediyim məqamlara diqqət
yetirməsəniz, güclü idmançı olmağınız qeyri-mümkündür.
- Ömür boyu unuda
bilmədiyiniz bir xatirənizi bizimlə bölüşərdiniz...
- Məşqçi kimi ən önəmli dövrümü "Bursaspor"da yaşadım. Bir
Anadolu klubunun çempionluğu - bu inanılmaz bir hiss idi. Çünki bu təkcə klub
deyil, həm də ölkə futbolu adına tarixi bir olay idi. Təbii ki, həmin olayı "Bursaspor"la
yaşamağım gözəl bir məqamdı. "Beşiktaş"la Bursada oynadıq və qalib
gəldik. Amma digər tərəfdə "Fənərbaxça"nın matçını gözləyirdik.
İnanın ki, həmin 1 dəqiqə bitmək bilmirdi. Özümü tam itirmişdim. Həmin anlar
ömür boyu yaddaşımızadan silinməyəcək. Matçın başa çatdığını eşidəndə isə
yaşanan coşqunu görməyə dəyərdi. Bu, mənim üçün böyük bir gün idi.
- Məşqçilik çətin işdir?
- Məşqçilik
çətin peşədir. Çünki böyük bir şəhər sizdən uğur gözləyir. Ətrafınızda isə
təxminən 100 adam olur. Məşqçilər korpusumuz 8 nəfərdən ibarətdir. Eyni zamanda
ətrafımızda futbolçular, inzibatçılar, tibbi personal və klubun əməkdaşları
toplaşıb. Hamımız əl-ələ verib, komandanı uğura daşımaq üçün səy göstəririk.
Məhz bu birlik işimizi asanlaşdırır. Əgər məşqçi uğur qazanmaq istəyirsə,
daxildə əsl komanda formalaşdırmalıdır. Bu komandadan bir nəfər işini axsatsa,
bu, sizi hədəfinizdən uzaqlaşdıracaq. Hətta həmin adam inzibatçı olsa belə. Və
ya həkim. O işini düzgün etməsə, futbolçuların sağlığı ilə bağlı kiçik bir
səhvə belə yol versə, o zaman ortaya problemlər çıxacaq. Ya da ki hansısa bir
futbolçu məşqdə həvəssiz görünsə, baş məşqçi dərhal bu məqama diqqət yetirməli,
nəyə görə həvəssiz olduğunu öyrənməli və vəziyyəti düzəltməlidir. Çünki 1
nəfərin belə məşqdə istəksiz görünməsi bütün komandanın çıxışına təsir göstərə
bilər. Bir sözlə, bütün bu sadaladığım məqamlarla məşqçi bir-bir, özü də çox yaxından
maraqlanmalıdı.
- "Bursaspor"un
baş məşqçisi olmaqla hədəflərinizə çatdınız?
- Vəzifəmə başlayanda qarşıma ölkə futboluna xidmət etmək, məndən
gözlənilənləri vermək, Türk futboluna faydalı olmaq, azarkeşlərimizi həsrətlə
gözlədikləri çempionluğa qovuşdurmaq və bütün bunları davamlı halına gətirmək
məqsədi qoymuşdum. Çox şadam ki, məqsədlərimə bir-bir çatdım. Anadolu klubunun
imkanlarıyla imkansız görünən işləri həyata keçirdik. Bütün bunların da
öhdəsindən gələrkən ölkənin simpatiyasını qazandıq. Məqsədimiz indi bu
uğurların ardını gətirməkdi. Ölkənin qəbul etdiyi şəkildə Türkiyənin beşinci
böyük klubuna çevrilmək istəyirik. Türkiyədəki missiyamı başa çatdırdıqdan
sonra Avropada çalışmaq istəyirəm. Amma bütün Bursa gücünü
"Bursaspor"a yönləndirsə, yeni stadionumuz da inşa olunsa, artıq
"Bursaspor" Avropada uğur qazanmağı hədəfləyə bilər. Lakin bu, heç də
asan iş deyil.
- Ronaldo və Messi kimi
yüksəksəviyyəli futbolçulara rəhbərlik edə bilərsiniz?
- Həm Messi, həm də Ronaldo dünya səviyyəli ulduzlardır. Amma onlar
eoqist deyillər. Ulduzları idarə etmək məharət tələb edən iş deyil. Çünki onlar
özləri özlərini idarə edə bilirlər. Dünya səviyyəli ulduzlarla çalışmaq da
gözəl bir işdir. Ən çətin olan özünü ulduz hesab edən, amma əslində ulduz
olmayan futbolçularla çalışmaqdı.
- Uşaqlarınız hansı
komandaya azarkeşlik edirlər?
- Bildiyiniz kimi, 2 uşağım var - oğlum Burak və qızım Berrak. Oğlum
"Bursasporlu"du. İkinci komandası da "Samsunspor"du. Bizim
ailəmiz peşəkar azarkeşlərdən ibarətdir. Biz hansı komandada çalışırıqsa,
uşaqlar da həmin kluba azarkeşlik edirlər. Amma bizim həyatımızda önəmli olan
komandalar var. Ad açıqlamaq artıqdı, lakin onların təsiri bizim üzərimizdən
silinməyəcək.
"Het-news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |