“Azarkeşlər bir az hövsələli olsunlar” Müsahibə
Premyer Liqada qış fasiləsinin başa çatmasına 3 həftə vaxt qalır. Komandaların əksəriyyəti təlim-məşq toplanışı üçün ölkədən kənara yollanıblar. Bəziləri isə Azərbaycanda qalmağa üstünlük verirlər. Birinciliyin autsayderi “Kəpəz” də onlardan biridir. Bakıda məskunlaşan və “Dalğa Arena”da məşq keçən komandada olan vəziyyətlə bağlı baş məşqçi Mahmud Qurbanovla əlaqə saxladıq.
- Məşqlərə təzə başlamışıq. Perspektivli uşaqlar dəvət eləmişik. Hazırda komandada cəmi 2 legioner var – biri gürcü Sekiaşvili, digəri isə hazırda baxışda olan mordoviyalı futbolçudu. 20 yaşı var. Onunla bağlı hələ ki, yekun qərar verməmişəm. Gündə bir neçə dəfə məşq keçirik. Əsasən hələlik fiziki hazırlığa üstünlük verirəm. Komandaya bir neçə perspektivli gənc dəvət eləmişik. Əgər öz uşaqlarımızdan azacıq da olsa, üstün olsalar, müqavilə bağlayacağıq. Əks təqdirdə yolumuza elə köhnələrlə davam edəcəyik. “Kəpəz”in hazırki maliiyə durumu səviyyəli legioner almağa imkan vermir. Məhz bu səbəbdən yerlilərə, əsasən də gənclərə üstünlük vermək məcburiyyətindəyik.
- “Kəpəz”in son pillədə qararlaşması azarkeşlər arasında da narazılıqla qarşılanır.
- Mən də azarkeşlər tərəfindən narazılıqların olması haqda çox eşidirəm. Məşqçilik karyerama təzə başlamışam, bura uduzmaq üçün gəlməmişəm. “Kəpəz” sonuncu dəfə mənim oynadığım dövrdə çempion olub. İndi də hamıdan çox istəyirəm ki, bir gəncəli kimi “Kəpəz”i düşdüyü bataqlıqdan çıxarım. Kənardan durub indiki vəziyyətə kənardan baxmaqla iş keçmir. Bizə kömək lazımdı. Demirəm, kimsə bizə gətirib pul versin. Hər şey maddiyatla ölçülmür. Mənəvi dəstəyə də böyük ehtiyacımız var. Bu komanda tək mənim deyil. Bütün Gəncənin, azarkeşlərin komandasıdı. Komandanı bu durumdan çıxarmaq üçün onların dəstəyinə ehtiyacımız var. Biz Gəncənin adından, gəncəlilərin adından oynayırıq. Azarkeşlər bir az hövsələli olsunlar. İnşaallah, hər şey tezliklə qaydasına düşər.
Çətinliklərə baxmayaraq, həvəsdən düşmürük. Məşqlərimizə var gücümüzlə davam eləyirik. Çempionatın bitiminə 5 ay var. Hər şey ola bilər. Hər dəqiqənin öz hökmü var. Müqəddaratımız öz əlimizdədi.
- Gəncə stadionunun təbii ot örtüyünün süni ot örtüyü ilə əvəzlənməsi birmənalı qarşılanmır. Sizcə bu, lazımlı qərardımı?
- Fikrimcə, öt örtüyünün dəyişdirilməsi yanlış qərardı. Qış aylarında hava şəraitinə görə öt örtüyü ideal vəziyyətdə olmasa da, yaz-yay mövsümündə əksinə, çox gözəl olur. Əsas meydançadansa, ehtiyat meydançalardan birinin süni ot örtüyü olsa, daha məqsədəuyğun olardı. Təsəvvür edin, bu halda komanda heç Bakıya gəlməzdi. Elə Gəncədə, Hacıkənddə məşqlərimizi keçərdik.
“Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |