"Rəvan"da yeni məşqçi

22.01.2013 | 3843 dəfə oxunub

"Rəvan” futbol klubunun məşqçilər korpusunda artım olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandada fiziki hazırlıq üzrə yeni məşqçi fəaliyyətə başlayıb. Bu vəzifəni Rastislav Svitski icra edəcək. 1974-cü il təvəllüdlü mütəxəssis klubla 1,5 illik müqaviləyə imza atıb. Bunadək o, Slovakiyanın "Koşitse” klubunda baş məşqçi Yan Kozakın köməkçilərindən biri idi və fiziki hazırlıq üzrə məşqçi işləyirdi. Qeyd edək ki, Rastislav Svitski doktorluq dərəcəsinə malikdir. 1997-ci ildə Bratislavada yerləşən Komenski Universitetinin "Bədən Tərbiyəsi və İdman" fakültəsini bitirən mütəxəssis 2002-ci ildə Preşov Universitetinin "Humanitar və Tibb elmləri" fakültəsi üzrə doktarantura pilləsində təhsil almaqla doktor elmi dərəcəsinə yiyələnib. Dekatlon (onnövçülük) və heptatlon (yeddinövçülük) üzrə Slovakiya yüngül atletika millisinin üzvü olmuş Svitski ölkəsini bu cür yarışlarda 10 dəfə təmsil rdib. 7 dəfə Slovakiya rekordunu qıran Svitski 10 dəfə ölkə çempionu olmağa da imkan tapıb. O həmçinin Slovakiyanın 19 yaşlı qızlardan ibarət basketbol və 21 yaşlı kişilərdən ibarət həndbol yığmalarında da fiziki hazırlıq üzrə məşqçi olub. Ölkəsinin kişilərdən ibarət həndbol çempionatının yüksək dəstəsində çıxış edən "Nove Zamki”də fəaliyyət göstərmiş mütəxəssis eyni zamanda Macarıstanın həndbol çempionatının elitasında "Nyireqhaza” və "Dyondyoş" kimi komandalar da fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail