“Növbəti turlarda tam fərqli “Rəvan” görəcəyik”
Çempionatda ilk "6-lıq” mübarizəsini davam etdirən "Rəvan” futbol klubunda mövsümün qalan hissəsinə hazırlıq davam etməkdədir. Artıq 3 yoxlama oyunu keçirən komanda fevralın 9-nu səbirsizliklə gözləyir. Axı məhz həmin tarixdə çempionat yenidən "diriləcək”. Stadium.az xəbər verir ki, bu arada komandanın baş məşqçisi Ramil Əliyev klubun rəsmi saytına müsahibəsində hazırlıqdan danışıb: "Çempionata ciddi hazırlaşırıq. Ağır məşqlərdən sonra 3 yoldaşlıq oyunu keçirdik. Nəticə baxımından o qədər də ürək açan olmadı, çünki son iki oyunumuzda heç-heçə oynadıq. Amma futbolçuların əzmkalığı, mübarizliyi xoşumuza gəldi. Hazırda yeni futbolçuların uyğunlaşma prosesi gedir. Buna görə də hələ komandaya tam adaptasiya olmamaları tam təbii haldır. Yeni transferlərimiz komandanı gücləndirəcək səviyyədədir. Növbəti turlarda tam fərqli "Rəvan” görəcəyik”.
Zədəli futbolçuların olmamasına sevindiyini deyən baş məşqçi artıq indidən növbəti mövsüm üçün daha iddialı komanda qurmağın zəruriliyini bildirib. Əliyev komandanın cari mövsüm üçün iddialarından da danışarkən belə deyib: "Çempionatda hələ ilk "6-lığ”a düşmək şanslarımız qalır. Bu üzdən bütün matçlarda qələbəyə oynamalıyıq. Düzdür, taleyimiz öz əlimizdə deyil. Ancaq sona qədər mübarizə aparacağıq. Artıq indidən növbəti mövsüm daha iddialı komanda olmaq işinə başlamalıyıq. Bunun təməlini indidən qoymaq lazımdır. Hazırda bizim üçün prioritet təbii ki, ölkə kubokudur. Bu turnirdə mümkün qədər irəli getməyə çalışacağıq. Rəqib güclü komanda olsa da, heç kimdən qorxmuruq, çəkinmirik”.
Qeyd edək ki, komandamız Azərbaycan kubokunun ¼ final mərhələsində "Xəzər Lənkəran”la üz-üzə gələcək. Bu oyunlar 27 fevral və 7 mart tarixlərində baş tutacaq. İlk oyunda ev sahibi olacağımızı da bildirək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |