Əbülfəs Qarayev: "Atletiko" ilə əməkdaşlıq ölkəmiz adına böyük uğurdur"

31.01.2013 | 4250 dəfə oxunub

Daha əvvəl xəbər verdiyimiz kimi, dünən İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Stadium.az "Bakı"nın rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur. İdman sahəsində ölkəmizi "Bakı" futbol klubu təmsil edir. Onu da qeyd edək ki, ilk dəfədir ki, Mədəniyyət və Turizm nazirliyinin turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur. Bu şərəfli missiya "Bakı" futbol klubunun üzərinə düşür.

Sərginin açılış mərasiminə qatılan Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakşılarına uğurlar arzulayıblar.

Sərgidə akkreditasiya olunmuş Jurnalistlərin suallarını cavablandıran Əbülfəs Qarayev "Bakı" futbol klubunun fəaliyyətini yüksək dəyərləndirərək, bunun bütün Azərbaycan üçün faydalı olduğunu bildirib.

Cənab nazir 
"Bakı" futbol klubu və "Atletiko" Madrid arasında əldə olunan anlaşma və klubumuzun FİTUR sərgisində iştirakı ilə bağlı fikirlərini bildirib:

"Çox şadam ki, 
"Bakı" futbol klubu bizim təşəbbüsümüzə qoşularaq bu önəmli tədbirdə iştirak edir. Gördüyünüz kimi, Azərbaycan bölümünə maraq olduqca böyükdür. Burada "Bakı" futbol klubunun da özünəməxsus payı var.

"Bakı" futbol klubunun "Atletiko" ilə əməkdaşlığı olduqca böyük hadisədir. Bu əməkdaşlığın mahiyyəti tək idman sahəsinə aid deyil, eyni zamanda  həyatımızın digər sahələrində də öz əksini tapır. 

Bu müqavilə Azərbaycan xalqı üçün olduqca faydalıdır. Bu, ölkəmizin reklamına xidmət edir, turizm və idman potensialı üçün yeni üfüqlər açır. 
"Bakı" futbol klubunun FİTUR sərgisinə qatılması, "Atletiko" Madrid kimi dünya klubunun da buna dəstək verməsi ölkəmizə olan marağı daha da artırmış olur. 

"Atletiko" futbolçularının FİTUR sərgisində Azərbaycana dəstək ziyarəti samballı addımdır və bunun effektinin yüksək olacağını artıq indidən söyləmək olar. Arzu edərdim ki, digər idman qurumlarımız da "Bakı" futbol klubunun fəaliyyətindən nümunə götürsünlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail