İlham Qırtımov: “İlkinlə fəxr edirəm” Müsahibə
Oxucular və futbol ictimaiyyəti ötən şənbə “Futbol+” qəzetində “Simurq” futbol klubunun müdafiəçisi İlkin Qırtımov haqqında “İlkin Qırtımov Bələkdə kef edir” başlıqlı yazıdan yəqinki xəbərdardılar. Qəzetdən başqa sözügedən məqalə bir neçə idman portalında da yerləşdilirmişdi. Xəbəri olmayanlara qısaca xatırlatmaq istərdim ki, yazıda söhbət “Futbol+”in əməkdaşı Həbib Aslanov ilə İlkin Qırtımov arasında baş verən qalmaqaldan gedirdi. Müəllifin yazdığına görə, futbolçu Antalyada klubun təlim-məşq toplanışı zamanı ona qarşı tərbiyəsiz davranmış, ünvanına təhqiramiz ifadələr işlətmişdi. Buna səbəb isə İlkin ilə klubun fotoqrafı Leyla Səttərova arasında olan münasibətlərə və futbolçunun özünü yekəxana aparmasına Həbibin etiraz etməsi olmuşdu.
Məqalə
ictimaiyyət
arasında
geniş
rezonans
doğura
bildi. Həm mətbu
orqanlarda, həm də
sosial
şəbəkələrdə
bu
haqda
geniş
müzakilərə
aparıldı. Əksəriyyət İlkini qınadı. Amma ona
qahmar
çıxanlar
da
var
idi. 1-2
idman
portalı
hazırda
millinin
heyətində
Dubayda
olan
İlkin
Qırtımovun
fikirlərini
öyrənib
dərc
elədi. Təbii ki, o, yazılanların
həqiqətdən
uzaq
olduğunu
söylədi. Hər iki
tərəfin
mövqeyi
məlum
olduğundan
bəlkə
də
mövzu
bağlana
bilərdi. Bizim üçün
maraqlı
olan
isə
yazıda
adı
çəkilən
İlkin
Qırtımovun
ata-anasının fikirləri və bəzi
məqamları
dəqiqləşdirmək
idi. Hər halda
el
arasında “Yüz dəfə
İmam
üçün ağlayanda, bir dəfə
də
Yezid
üçün
ağla” məsəlini yada salaraq, üçüncü tərəf ilə
əlaqə
saxlamaq
qərarına
gəldik. Atası İlham
Qırtımovu
tapmaq
o
qədər
də
çətin
olmadı. Onun fikirlərini
olduğu
kimi
dərc
edəcəyimiz
barədə
söz
verdikdən
sonra
müsahibəyə
razı
oldu. Məqalədə İlkin haqqında
yazılanlar
həqiqət
idimi? İlham Qırtımova
ilk
sualımız
bu
oldu:
– Bir valideyn kimi yazılanlar nəinki mənə, ailəmə,
qohum-əqrabaya, dost-tanışa – hamısına pis təsir eləyib. Çünki məqalədə göstərilənlər həqiqəti əks etdirmir. Adi oxucu da yazı ilə tanış olanda qərəzçiliyə yol verildiyini görür. Həbibi tanımıram. Onunla görüşdüyüm, bir süfrə arxasında əyləşdiyim də yadıma gəlmir. Həbibin peşəkar jurnalist olmadığını əminliklə söyləyə bilərəm. Bir səhifəlik məqalə yazıb, nə bir fakt var, nə
bir sübut, əksəriyyət uydurmadır. Məsələn, göstərir ki, oğlum “Simurq”a təsadüfən düşüb. Amma İlkin 11 yaşından Bakıda Respublika Olimpiya İdman Liseyində təhsil alıb. Orada qalıb, oxuyub, məşq edib.
Əziyyəti ilə “Simurq”un heyətinə düşüb. Özü də yazıda göstərilənin əksinə olaraq, məhz Pokoranın dövründə. Bundan başqa,
göstərir ki, anası evdar qadındı. Həyat yoldaşım da
mənim kimi təhsil sahəsində çalışır, musiqi məktəbində kamança müəllimidi. İlkinin vaxtilə ofisiant, fəhlə işlədiyini deyir.
Ofisiant, fəhlə işləmək qəbahət deyil. Hamı zəhməti ilə bir tikə çörək qazanır. Amma oğlum,
vallah İlkin nə ofisiant işləyib nə də ki, fəhlə.
Bu, haradan ağlına gəlib, bilmirəm. Ayıb deyil belə uydurmaları dilə gətirmək? Guya mənim
“BMV”mi oğurlayıb Zaqatalanın küçələrində kef edib, indi də “Prado”
sürürəm və s.. Mənim heç vaxt “Prado”m olmayıb, adi avtomobilə sahibəm.
İlkin nə vaxt mənim maşınımı oğurlayıb? Bunları uydurmaqla nə
qazanır? Fikrimcə, bu, məqsədyönlü yazılmış bir məqalə idi.
Ailədə tək uşaq olmuşam, internatda təhsil almışam. Minbir əzab-əziyyətlə bu
səviyyəyə gəlib çatmışam. Nəinki, Aşağı Talada, bütün Zaqatalada bizim ailəni yaxşı tanıyırlar. 90-cı illərdə yerli “Daşqın”da çıxış eləmişəm. 1992-ci ildə – İlkinin
2 yaşı olanda müharibəyə getmişəm. Ağdam, Füzuli rayonlarında vuruşmuşam. İki dəfə yaralanmışam – baldırımdan və qarın nayihəmdən, başımda da
indiyə kimi qəlpə gəzdirirəm. 6 il cəbhədə ölümlə üz-üzə olmuşam. Kapitan rütbəm var, prezident təqaüdü alıram, dövlət tərəfindən verilən bütün güzəştlər mənə şamil olunur. Neçə vaxtdır Aşağı Tala kəndində məktəb direktoru vəzifəsində çalışıram. 600-dən çox şagirdə, 100-dən çox müəllim heyətinə rəhbərlik edirəm. Bütün bunları ona görə sadalayıram ki, sıradan birisi deyiləm, mən də
özümə görə hörmətə sahibəm, ailəmin də
şərəf və ləyaqəti var. Bu
yaşımda mənə övladıma, şagirdlərimə necə tərbiyə verməyi öyrətmək yersizdi. İlkinlə sənin aranda nəsə söz-söhbət olubsa, ondan yaz. Daha ailəni bura niyə qatırsan? Məgər biz bu qədər ucuz adamlarıq? Belə ucuz reklam nəyinə lazımdı?
– Yazının
müəllifi
və
ya “Futbol+” qəzetinin redaksiyası ilə əlaqə
saxlamısınızmı?
– İstəsəydim, bu problemi bir günün içərisində həll edərdim. Birincisi, onun səviyyəsinə enmək istəmirəm. Həbibi də
müəyyən mənada başa düşürəm, yazıda da
göstərir ki, körpə qızı var. Allah onun balasını saxlasın. Ailəsinə çörək pulu qazanır. Amma belə də yox. Qəzetdən sonra bir neçə idman portalında da həmin yazı dərc olunub. Şərhlərə fikir verirəm, onun ünvanına çox təhqiramiz ifadələr işlədilib. O da
insandı, nəyə görə özünü bu səviyyəyə endirir? Deyir ki, İlkin ondan 7 yaş kiçikdi, heç olmasa, yaş fərqinə hörmət qoyardı. Soruşmaq lazımdı,
bəs sən özündən neçə yaş böyük ataya, anaya hörmət qoymusanmı? Mən onun mədəniyyətində ola bilmərəm. Heç kimin də çörəyinə bais olmaq istəmirəm. Övladı var, ailəsi var, valideynləri var. Eybi yoxdu, yazıb da.
– İlkindən
başqa
neçə
ovladınız
var?
– Bir qızım da var. Gəncədə musiqi məktəbində təhsil alır, 3-cü
kurs tələbəsidi.
– Bir
valideyn
kimi
İlkinin
tərbiyəsi
Sizi
qane
edirmi?
– Həm bir valideyn, həm də
bir vətəndaş kimi İlkinin tərbiyəsindən razıyam. Nəinki mən, bütün tanıyanlar ondan razılıq edirlər. Ata-anasına, müəllimlərinə, dostlarına, komanda yoldaşlarına hörmətlə yanaşan, böyük-kiçik yeri bilən bir insandı. Ailədə övladlarımı vətənpərvərlik ruhunda böyüdə bilmişəm. Ağlı kəsəndən məni hərbi geyimdə görüb. 7 il
təhsil aldığı Respublika Olimpiya İdman Liseyində də onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayıb. Bir sözlə,
İlkinlə fəxr edirəm.
– Bəs
onun
meydançada
etdiyi
bəzi
hərəkətlərə
necə
haqq
qazandırırsınız?
– İlkinin çox aqressiv xasiyyəti var. Düzdür,
bir neçə dəfə oyun zamanı lazım olmayan hərəkətlərə yol verib. Amma dediyim kimi, oyun zamanı,
futbol meydanında. Futboldan kənarda oğlum tamamilə başqa birisidi. Bu haqda onunla ətraflı söhbət eləmişəm. Deyir ki, “Ata nə edim, futbolun içində o qədər haqsızlıq olur ki, dözə,
biganə qala bilmirəm. Özümdən asılı olmayaraq bu cür hallar baş verir. Sonradan elədiklərimə peşman oluram”.
– Dərc
olunan
yazıdan
sonra
İlkinlə
bu
haqda
söhbətiniz
necə, olubmu?
– Bir neçə gün əvvəl İnternet vasitəsilə əlaqə saxlamışıq. Dubaya, millinin təlim-məşqinə yollanmamışdan öncə.
Yazılanların həqiqətə uyğun olmadığını söylədi. Həbiblə aralarında narazılığın olduğunu gizlətmədi. Amma məsələni bu qədər şişirtmək, bu dərəcəyə çatdırmaq yersiz bir hərəkət idi. Leyla ilə heç bir əlaqəsinin olmadığını, onun otağında cəmi
5 dəqiqə, o da, şəkilləri götürmək üçün getdiyini bildirdi.
Bunu mehmanxananın videogörüntüləri də sübut edir. Həbib isə yazır ki, güya yarım saat orada olub. İlkinə təsir edən Həbibin klub prezidentinə xəbərçilik eləməsi olub. Məncə hər ikisi cavandı, bu problemi elə Antalyada öz aralarında xoşluqla həll edə bilərdilər.
– Leyla
Səttərova
ilə
tanışsınızmı?
– Mən o qızı görməmişəm. Bildiyimə görə,
klubda fotoqraf kimi çalışır. Klubun saytındakı şəkillərdə imzasını görmüşəm.
İlkindən soruşanda klubda fotoqraf işldiyini deyib. Bir tikə çörək pulu qazanır. Birdə ki, fərz edək elə İlkinlə Leyla arasında nəsə münasibət var. Hamımız cavan olmuşuq. Sənə kim haqq verir ki, kiminsə şəxsi həyatını aləmə car çəkəsən? Bununla nə
qazanacaqsan? Belə hərəkət kişiyə yaraşmaz. Futbolçunun oyunu haqda nə istəyirsən yaza bilərsən, amma şəxsi həyatı haqda yox. Bu, heç jurnalist mədəniyyətinə də sığmır. Həbib sadəcə əlində olan imkanlardan biabırçı şəkildə istifadə etməyə çalışıb.
– İlham
müəllim, daşıdığınız Qırtımov soyadının mənası nədir?
– Bizim əvvəlki soyadımız Şabanbəyov olub. Repressiya dövrünə kimi bu soyadı daşımışıq. Repressiya dövründə soyaddakı “bəy” sözünə görə problemlər yarandığından babamgil Qırtımov soyadını götürüblər. Mənasına gəlincə,
düzü, özüm də
bilmirəm. Bəzi insanlar mənə bir neçə dəfə Qırtımovun bir qədər yaxşı səslənmədiyi, başqa soyad götürməyimi məsləhət görüblər. Razı olmamışam. Mənim babam, atam bu
soyadı daşıyıblar, nəslimiz bu
adla tanınıb, mən və
övladlarım da Qırtımov soyadını daşıyacaqğıq.
Anası
Vahidə
xanım:
“Yazıdan sonra neçə gündü özümüzə gələ bilmirik. Yazılanlar bizə çox pis təsir eləyib. Həbib kimi jurnalistlər mətbuatda işləməməlidilər. Çünki, yaxşıları, təmizləri kölgədə qoyurlar. Baladan şirin şey yoxdu. Nəyə görə mənim balam haqqında tərbiyəsiz fikirlərlə, iftiralarla dolu yazı yazır? Onun haqda belə fikirlər səslənsə, anası, ailəsi necə qarşılayacaq? İlkin 5-ci sinifdən ailəmizdən kanarda – Bakıda yaşayıb, təhsil alıb,
böyüyüb. İndiyə kimi onun haqda kimdənsə pis söz eşitməmişəm. Neyləyirəm onun futbolunu? Mənə lazım deyil. Təki bu qədər zillət çəkməzdik. İlkin bir yana, yoldaşım haqda da ağzına gələni yazıb. Ona atası tanımadığı birisinə öyüd-nəsihət verməyə kim icazə verib? Həbib mənim yoldaşımı güllə ilə vuran ermənidən pisdi. İlkin qayıdan kimi, onu da, qəzeti də məhkəməyə verəcəm”.
Müəllimi
Rəhman
Tağıyev (ROİL-nin
direktor
müavini):
“İlkin 5-ci sinifdən mənim şagirdim olub. Müəllim ailəsində böyüyüb, tərbiyəli, əməksevər, xaraktercə möhkəm uşaq idi. Yaxşı yadımdadı, uşaq vaxtı həkimlər ona futbolu buraxmağı məsləhət görmüşdülər. Ayağında problemlər var idi. İnadından dönmədi,
bir il müalicə alıb yenidən məktəbə qayıtdı. Xasiyyətində aqressivlik var, haqsızlıqla barışmayan birisidi. Neçə dəfə bu haqda onunla söhbətim olub, iradlarımı bildirmişəm. Amma aqressivlik onun tərbiyəsizliyinə heç cür dəlalət etmir. Məqaləni oxuyanda çox pis oldum. Həbibi yaxşı tanıyıram, onda qərəzçilik var. İlkindən əvvəl mənim tələbəm olmuş Cavid Hüseynov haqqında da qərəzli yazı yazmışdı. “Futbol+”in
sahibi Vüqar bəylə isti münasibətlərim var. Bir neçə dəfə qəzetdə gedən qeyri-obyektiv yazı ilə bağlı onunla görüşmüşəm. İradlarımı bildirmişəm. Sağ olsun, qəbul eləyib.
Onlardan birini misal çəkə bilərəm – bir neçə il əvvəl Xocalı faciəsi günü qəzetin birinci səhifəsində Eduard Markarovun şəklini yerləşdiriblər. Etirazımı bildirdim, belə bir gündə erməninin şəklinin getməsi nə dərəcədə düzgün idi? Çoxda ki, “Neftçi”də oynayıb,
medal qazanmamızda əməyi olub.
Baş verənlər məndə təəssüf hissi oyadır. Başa düşmürəm, qəzet əməkdaşını Antalyaya nəyə görə göndərib? Yazı yazmağa,
material hazırlamağa, yoxsa kiminsə şəxsi işlərinə qarışmağa, nələrisə uydurmağa? Bir daha təkrar edirəm, Həbibdə qərəzçilik var və bu yazının məqsədli şəkildə ərsəyə gəlməsinə şübhəm yoxdu. Fikrimcə,
sözügedən məqalə nə Həbibə, nə
də “Futbol+”ə başucalığı gətirməyib “.
İlkin
Qırtımov:
“Mənim bütün jurnalistlərə hörmətim var. Onlar da bizim uçun çalışırlar. Amma bele yalan danışmaq olmaz. Həbib həmin yazını yazıb. Əgər yazılanlar düz olsa idi, məni çoxdan komandadan qovardılar. Sağ olsun məşqçimiz və rəhbərlik, haqlı olduğumu anladılar. Yalandan heç kimə şər atmaq, görmədiklərini demək olmaz. Allahdan qorxmaq lazımdı. İndi susuram.
Belə səviyyəsiz söhbətlərə cavab vermək istəmirəm. Amma vaxtı gələndə cavablarını layiqincə alacaqlar”.
İlqar Tağıyev,
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |