Didye Droqba İstanbulda YENİLƏNİB
"Qalatasaray"ın yeni transferi Didye Droqba bu gün İstanbula gələcək. Stadium.az xəbər verir ki, dünən afrikalı futbolçunu Türkiyəyə gətirmək üçün "Qalatasaray"ın prezidenti Ünal Aysalın şəxsi təyyarəsi ilə klub rəsmiləri Emir Sarıgül və Bülənt Tulun Londona yollanıblar.
Droqbanın bu gün yerli vaxtla saat
16:00-da İstanbula enəcəyi gözlənilir. "Qalatasaray"lı tərəfdarlar
Didye Droqbanı da Uesli Sneyderi olduğu kimi möhtəşəm bir şəkildə qarşılamağı
planlaşdırırlar. Artıq 2 gündür ki, "sarı-qırmızılı" tərəfdarlar
qarşılaşna mərasimi üçün sosial şəbəkələrdə fəaliyyətə başlayıblar. Hava
limanına yenə də xeyli sayda azarkeşin gələcəyini nəzarə alan təhlükəsizlik
qüvvələri gücləndirilmiş, xüsusi rejimdə fəaliyyətə başlayıblar.
Hava limanından sonra klubun ofisinə
gələcəyi gözlənilən Droqba gecəni Sneyderin həyat yoldaşı ilə birgə müvəqqəti
olaraq aldığı "Four Seasons" otelində keçirəcək.
Sabah səhər saatlarında afrikalı
futbolçu tibbi müayinədən keçəcək.
Bazar günü "Qalatasaray"ın "Antalyaspor"la qarşılaşması zamanı Droqba tribunada olacaq və arena ilə tanış olaraq, azarkeşləri salamlayacaq.
***
Didye Droqba İstanbula gəlmək üçün təyyarəyə minməmişdən öncə şəkil çəkdirib. Həmin fotonu İnstaqramda paylaşan afrikalı futbolçu "Yeni macəra. İstanbul, gəlirəm. Xöşbəxt olmaq zamanı" mesajını yollayıb.
***
Didye Droqbanın İstanbula gəlişi yubanır. Təyyarənin yubanması səbəbindən Droqbanın yerli vaxtla 16:00-da deyil, 17:45-də İstanbula çatacağı gözlənilir. İstanbula gəlişinin ardından Floryada Fatih Terim və komanda yoldaşları ilə tanış olacaq Droqbanın şərəfinə 21:00-da Boğazda şam yeməyi veriləcək.
***
Nəhayət ki, "Qalatasaray"lıların arzusu reallaşdı - Didye Droqba İstanbuldadır. Təyyarədən enər-enməz böyük coşqulu ilə qarşılaşanan afrikalı ulduz bu sevgini qarlşılıqsız qoymadı. Əlində "Cim-Bom"un bayrağını açan Droqba bununla da "Qalatasaray"a olan sevgisini nümayiş etdirdi. Daha sonra "Qalatasaray"lı fanatlar əllərindəki məşəlləri yandıraraq, Droqbanın lehinə şüarlar səsləndirdilər. Daha sonra "Cim-Bom"un yeni transferi Florya Mətin Oktay Təsislərinə üz tutdu.
***
Klubun bazasının qarşısında da xeyli azarkeş toplaşıb. Onu qarşılayan azarkeşləri salamladıqdan sonra klubun ofisinə daxil olan Droqba baş məçqçi Fatih Terimlə görüşdükdən sonra "Qalatasaray" TV-yə qısa açıqlama verdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |