“Cavid klub rəhbərliyinin fikrinə önəm vermədi və nəticə də göz qabağındadır” Müsahibə
“Neftçi” də digər klublarımız kimi qış fasiləsini Antalyada keçirdi. 6 yoxlama oyunu keçirən son çempion 3 transfer də rəsmiləşdirdi. Komandayla bağlı toxunulacaq başqa məqamlar da vardı. Araz Abdullayevin adı açıqlanmayan bir kluba, Cavid İmamverdiyevin isə Kiyev “Dinamo”suna transferi gündəmdə idi. Amma heç biri reallaşmadı. Bu kimi bir sıra məqamlara tam aydınlıq gətirmək üçün klubun vitse-prezidenti Tahir Süleymanovla söhbət etdik.
– Tahir
müəllim, artıq çempionata start verilib, amma əvvəlcə
komandanın
qış
hazırlığı
barədə
danışaq. Sizi qane
etdimi?
– Məşqçilər korpusunun planına əsasən komandamız yanvarın 11-dən fevralın 3-ə kimi Türkiyədə təlim məşq toplanışında oldu. Deyərdim ki, toplanış çox səmərəli keçdi. Bizi sevindirən əsas məqam zədəli futbolçumuzun olmamasıdı. Yaganə üzücü məqam Kanalesin yüngül zədələnməsi idi. Amma o, artıq komandayla birgə məşqlərə qatılıb. Bahadır Nasimovun geri qayıtması bizi sevindirdi. Komandaya yeni qoşulan köhnə futbolçumuz Denis Silva, transferini həll etdiyimiz çilili Kabion və sonda qapıçı Conni Leoni də tam şəkildə komandayla hazırlıqlarını davam etdirirlər. Yoxlama oyunlarımız komandanın qaldığı otelin stadionunda baş tuturdu. Yeri gəlmişkən, hazırlıq qarşılaşmalarında qeydə alınan nəticələr önəmli olmasa da, qeyd edim ki, bu oyunlarda üç
qələbə qazanıb, iki dəfə məğlub olduq. Bir dəfə isə qarşılaşma heç-heçə bitdi. Baş məşqçimizin də dediyi kimi, komanda çempionata tam hazırdır.
– Qeyd
etdiniz
ki, Bahadır Nasimov zədəsini sağaldaraq komandaya qoşulub. Nasimov əvvəlki formasından çox uzaqdır, yoxsa komandaya xeyir verə biləcək
gücdədir?
– Bahadır son çempionatın bombardiri idi. Uğursuz,
özü də çox ağır zədə almışdı. Yarım mövsümdən çox futbolsuz qaldı. O,
həm də Özbəkistan millisində yerini möhkəmlədən vaxt zədə aldı. Yaponiyaya qarşı çox gözəl futbol sərgiləmişdi. Onun zədə alması özünə də, bizə də təsirsiz ötüşmədi. Buna baxmayaraq, biz Nasimova hər cür şərait yaratdıq. Hətta Avroliqanın qrup oyunlarında futbolçuya mənəvi baxımdan dayaq olmaq üçün adını oyunların iştirak ərizəsinə də saldıq. Əslində isə o, həmin vaxt oynayacaq gücdə deyildi. Artıq məşqlərə başlayıb,
yoxlama oyunlarında oynadı və inanırıq ki, ən
qısa zamanda ideal formaya düşərək bizə kömək edəcək vəziyyətə gələcək.
– Kanalesin
durumu
nə
yerdədi? O da
Antalyada
yüngül
zədə
almışdı...
– “Neftçi”də əvəzolunmaz futbolçu yoxdur.
Hər kəs digərini əvəzləyəcək gücdədir.
– Denis
Silvanı
geri
qaytarmısız. Antalyada “Neftçi”nin
Makedoniyanın “Turnovo” klubuyla yoxlama oyununa baxdım. Həmin qarşılaşmada Silvanın meydanda olduğu birinci hissədə qapınız qarşısında bütün təhlükələrdə məhz Denisin
səhvləri
vardı. Onun formada
olmaması
açıq-aydın görünürdü.
– Siz onu gördüyünüzdən 10 gündən artıq zaman keçib. Həmin dönəmdə komanda fiziki hazırlıqlarla məşğul idi və bu futbolçu da çox yüklənməyə məruz qalmışdı. Bizə elə gəlir ki, Silva artıq tam şəkildə bərpa olunub və “Neftçi”yə kömək etməyə hazırdı. Bir məqama da toxunum ki, biz Denis Silvanı komandadan kənarlaşdırmamışdıq. O,
icarə əsasında iki il bizdə çixiş etdi. Klubuyla
6 aylıq müqaviləsi qalmışdı. Bu müddət üçünsə onun klubu bizdən çox pul istədi və biz də buna yox dediyimizdən, komandası onu geri qaytardı. Müqaviləsi başa çatandan sonra bizə söz verdiyi kimi, geri döndü.
– Son
iki
transferinizə
gəlincə. İsveçrəli qapıçını normal saymaq olar, amma
çilili
Kabion
heç
komandaya
yaraşacaq
transfer
olmadı. Antalyadakı yoxlama oyunlarında da çox
aşağı
səviyyədə
çıxış
etmişdi. Son iki
ildə “Neftçi” yaxşı transferləri ilə diqqət
mərkəzində
olurdu, amma bu
dəfə
tam
əksi
oldu...
– Doğru vurğuladınız, “Neftçi” hər zaman transfer siyasətinə çox ciddi yanaşır. Bunun da
nəticəsində komandamızda olan legionerlər öz sözlərini deyirlər. Qış transfer dönəmində istədiyin futbolçunu komandaya cəlb etmək heç də asan məsələ deyil. Çilili futbolçu karyerası olan oyunçudur.
– Söhbət
indiki
durumundan
gedir...
– Uzun müddət bizdə yoxlamada oldu. “Neftçi”
Milanda “İnter”lə bərabər səviyyədə oynayan komandadır. Heyətdə ciddi rəqabət yaratmaq üçün biz bu transferləri gerçəkləşdirdik. Baş məşqçinin sərəncamında istədiyi qədər futbolçu olmalıdır.
– “Neftçi”nin iki
futbolçusu – Araz Abdullayevlə
Cavid
İmamverdiyevin
başqa
kluba
keçidi
gündəmə
gəlsə
də, heç birinin
işi
alınmadı...
– Mən deməzdim ki, alınmadı.
Bu məsələyə başqa prizmadan yanaşmaq lazımdır. Aydınlıq gətirmək üçün tam açıq danışacam. Nə klubumuzun prezidenti Sadıq Sadıqov, nə də mən Cavidin “Dinamo”nun ikinci heyətinə baxışa getməsini istəyirdik. Qəti olaraq bunun əleyhinəydik. Amma çox təəssüf ki, Cavid İmamverdiyev klub prezidentindən xahiş edərək Kiyevə getmək istədiyini israrla bildirdi. Biz də
Kiyev “Dinamo”sundan ikinci dəvəti tələb etdik ki, ancaq tibbi baxış olsun və futbolçumuz orada ancaq məşq etsin.Həmin dəvətə buyurub baxa bilərsiz (Tahir müəllim
“Dinamo”dan gələn ikinci dəvətnaməni bəndənizə göstərir). Bunlardan sonra da Cavid geri dönməliydi. Hətta Sadıq müəllim Cavidə bildirdi ki, “Dinamo”
səni İspaniyada olan əsas komandanın düşərgəsinə çağırmırsa, Kiyevə ikinci komandanın düşərgəsinə getməsin. İmamverdiyev özünü səviyyəli futbolçu kimi tutmalıydı. Çox təəssüf ki, Cavid klub rəhbərliyinin bu fikrinə önəm vermədi və nəticə də göz qabağındadı. Biz futbolçumuzu buraxmaya da
bilərdik, amma ona mənəvi baxımdan zərbə vurmaq istəmədik. Çünki razılıq verməsək bir qədər psixoloji baxımdan “beyni qarışacaqdı”. Düşünəcəkdi ki, “Dinamo” onu istəyirdi, biz buraxmadıq, yoxsa gedib əsas komandada oynayacaqdı. Amma biz nə etmək istəyirdik? “Dinamo”nun təklifi vardı. Araşdırmalar aparırdıq. Bizə Ukraynadan, Rusiyadan və
Türkiyədən təkliflər vardı. Sadəcə istəyirdik ki, Cavid oynaya biləcəyi kluba keçsin. Amma Cavid İmamverdiyev geri dönəndən sonra onun mövqeyinə futbolçu almaq işini saxladıq və yaya qədər təxirə saldıq.
– Bəs
Araz
Abdullayev?
– Eyni sözlər ona da aiddir. Onunla maraqlanan klublar bu gün də var. Arazın
“Everton”a bağlılığı da
başa çatıb. Futbolçu böyük klublara bir göz qırpımında transfer olmur. Qurban Berdıyev də bildirmişdi ki, Ruslan Abışovu il yarım izləyiblər. Mən açıq şəkildə deyirəm ki, Cavid İmamverdiyev, Araz Abdullayev, Tərlan Quliyev,
Emin Mehdiyev və Elvin Yunuszadəni bu gün də istəyən klublar var. “Kəpəz”lə oyundan başlayaraq onları izləyəcəklər. Biz də
istəyirik ki, futbolçumuzu səviyyəli klublarda görək.
Kiyev “Dinamo”su kimi futbolçudan Cavidə təklif gəlirsə, bütün oyunçularımız buna diqqət yetirməli və öz üzərlərində daha da çox işləməlidirlər. O hədəflərə çatmaq üçün daha çox səy göstərməlidirlər. Klubun məqsədi onları yetişdirmək, əsas komandaya cəlb etmək, “San Siro”ya, “İnter” kimi böyük klubların önünə çıxarmaqdır. Bundan sonrakı dönəm isə onların özlərindən aslıdır. Amma təəssüflər olsun ki, bizim futbolçular buna həm fiziki, həm də psixoloji baxımdan hazır deyillər. Cavid İmamverdiyev “Dinamo”nun ikinci heyətinə qatılmamalıydı. Qatılandan sonra da, başını aşağı salıb futbol oynamalıydı. Amma başladı müsahibələr verməyə. Müsahibə verməklə isə heç bir futbolçunu komandaya götürmürlər.
Yeri gəlmişkən, artıq çempionat başlayıb.
Mən özüm və “Neftçi”
klubu adından bütün klublarımıza uğurlar arzulayıram. İnşallah sağlam rəqabətdə ən güclü qalib olsun. Arzu edirəm ki, Avrokuboklara vəsiqə qazanacaq klublarımız “Neftçi”nin uğurunu təkrarlasın və daha böyük nəticələr qazansın.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |