Anar Niyazov: “Ramin Musayev deyir ki, Rövnəq Abdullayev məni bağışlamır” Müsahibə
Son günlərdə birinci divizyonda hakimlik edən Anar Niyazovla bağlı xəbərlər səngimək bilmir. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əvvəlcə deyirdi ki, Niyazov heç bir səhv etməyib, amma sonra danışmağa başladı ki, hakimlikdən ömürlük uzaqlaşdırılıb. Məlum “Qaradağ Lökbatan” – MOİK oyunundan sonrakı sms söhbətinə görə başı ağrıyan Niyazovun özüylə danışdıq.
– Anar, bu barədə daha əvvəl də müsahibə vermisən, amma istərdim bir daha bu sms söhbətinə ətraflı qayıdasan...
– Bunu bir neçə dəfə izah etmişəm. Adil Mahmudovla həmişə zarafatlaşmışıq, bu dəfə də elə oldu. Sabahı günü də getdi MOİK-lə
heç-heçə etdi,
özünü qorumaq üçün bu sms söhbətini atdı ortaya.
– Sms-də nə
yazmışdın?
– Oyunun hakimi mən idim, sms-də də yazmışdım ki, sabah səni “sürüyəcəm”. Yəni həmişəki söhbətlərdən idi də.
– Adil Mahmudov sənə cavabı necə olmuşdu?
– Heç nə yazmamışdı, çünki o
da bilirdi ki, zarafatdı.
– Onunla əvvəlki münasibətlərin necə olub?
– Normal.
– Sms-i bu
qədər ictimailəşdirmək Adil Mahmudovun nəyinə lazım idi?
– Çünki onu işdən çıxaracaqdılar. Bundan əvvəlki turda da meydandan qolsuz bərabərliklə ayrılmışdılar, bu oyunda da. Onun komandası birdə gedir, 0:0 etdiyi MOİK isə 9-cu sırada. Bu
sms-lə də
özün sığortaladı. Hay-küy, nə bilim daha nələr...Hanı onların o klub prezidentləri? Deyirdilər onları
“yıxıb-sürümüşəm”. Amma oyunun video yazısına baxanda gördülərki hakim oyunu əla idarə edib. Bunlar necə namaz qılırlar, özlərini necə Allah adamı adlandırırlar, necə düzgünlükdən danışırlar axı? Heç baş açmaq olmur e. Bunu özlərinə nə cür sığışdırıb gəzirlər? Olmayan şeyi başqasının adına yaxıb, sonra necə gəzirlər axı? Adlarını da
qoyublar namaz qılan. Mənə bax bu məqam çatmır e.
– Bu barədə AFFA-dan səninlə kim söhbət etdi?
– Xaqani Məmmədov. Mənə dedi ki, 2-3 tur dincəlim, sakitlik yaransın, sonra yenə təyinat alacam. İndi bax gör üstündən nə qədər vaxt keçib, amma ortada heç nə yoxdur.
– Sonra Xaqani Məmmədova sual vermədin ki, niyə belə edir?
– Ona nə sual verim e...
– Bəs PFL-dən?
– Ramin Musayevlə danışmışıq. Bu söhbəti müzakirə etmişik. O da bilir ki, mən Adil Mahmudovla zarafat etmişəm. Oyuna baxanda da görüblər ki, mənim heç bir səhvim olmayıb.
– Günahın yoxdursa, onda sənə niyə oyun verilmir?
– Bunların hamısı boş-boş söhbətlərdir də. Elə başa düşürəm ki, bunlar məni istəmirlər, vəssəlam. Bu insanlar mənim hakimlik etməyimi istəmirlər.
– Axi niyə?
– Niyəsini bilmirəm.
– Bəlkə onlara bir pisliyin dəyib?
– İstəyirsən gedək Ramin müəllimin yanına, soruş ondan, gör nəsə məndən pislik görüb? Çox yaxşı da münasibətimiz var. Adamın başının üstündə Allah var, xətrimi də istəyir.
– Amma sənin dediklərinlə, onların səni hakimlikdən uzaqlaşdırmaq istəməsi düz gəlmir ...
– Ramin Musayev mənə deyir ki, Rövnəq Abdullayev qoymur.
– Axı Rövnəq müəllimin söhbətə nə aidiyyatı var?
– Elə mən də bunu fikirləşirəm ki, axı mənim o insana nə pisliyim dəyib? Dövlət çevrilişi etməmişəm, dövlətçiliyə qarşı danışmamışam. Rövnəq müəllim məni tanıyırmı, məndən xəbəri varmı, heç bilirmi ki, mənim kimi insan var, ya yox? Mən elə gəlir ki, bilmir.
– Səncə birindi divizion Rövnəq Abdullayevə maraqlıdır?
– Heç hakimliklə maraqlanır ki?! Mənə elə gəlir o insan heç hakimlərlə də maraqlanmır. Nəinki hakimlərlə, heç futbolla da maraqlanmır. Futbolu tapşırıb bunlara, bunlar da nə istəyirlər, edirlər. Hər şey göz qabağındadır da.
– Bu olaydan sonra Adil Mahmudovla danışmısan?
– Nə qədər zəng etsəm də, telefon zənglərimə cavab verməyib. Demişəm ki, gəlsin, beş nəfər də ağsaqqal çağırsın, oturaq danışaq, amma gəlmir. Deyib ki, 3 penaltilərin verməmişəm. Mən kor olmuşam da, gözümü bağlayıb meydana buraxıblarmış, “qoyun kimi gəzirəmmiş” (gülür)...
– Səni daha əvvəl də hakimlikdən uzaqlaşdırmışdılar. Hakimliyə qayıtdığın üçün peşmansan?
– Əlbəttə, peşmanam. Bilsəydim ki, belə edəcəklər, heç qayıtmazdım.
– Bunu heç düşünməmişdin?
– Yox. Əgər kimləsə düz söhbət edirəmsə, yalan danışmıramsa, inanmıram o da mənə yalan danışa. Axı onu buna nə vadar edə bilər? Başım çıxmır da. Bir şer var e, deyir nəyimi sevmisən, cavab verə bilmir, amma indi min eyib tapır. Deyir adım burda hallanır, orda hallanır. Deyirəm a kişi, sən də bilirsənki yalan danışmıram. Durub gülür.
– Kim, Ramin Musayev?
– Əlbəttə!
– Musayevin sənə son sözü nə oldu?
– İndiyə kimi deyirdi Rövnəq Abdullayev qoymur, indi də deyir “ə sən nələr etmisən”. Ona baxıb gülürəm, özü də gülür. Deyir qəzetlərin hamısı məndən yazır. Kimsə arxasın qorumaq üçün ortaya nələrsə atıb, bəs Musayev niyə onun cavabını vermir? Ramin müəllim ona deməlidir ki, sms-i niyə oyundan qabaq gətirib göstərmirdilər.
– Bunu Ramin Musayevin özünə demisiz?
– Hə, demişəm.
– Cavabı necə oldu?
– Deyir niyə sms yazmışam. Mən də yazıb bir səhv etmişəm də, bəs onlar niyə oyundan qabaq bunu ortaya çıxarmırdılar?
– Xaqani Məmmədov Antalyada açıqlama vermişdi ki, səni hakimlikdən qovublar, amma Elçin Məmmədov bunu ona irad tutdu ki, rəsmi qərar olmadan belə deməsi düzgün deyil. Bundan sonra da Xaqani Məmmədov belə demədiyini söyləməyə başladı...
– Bu barədə Elçin Məmmədovla danışmışam. Elçin deyir Xaqanidən soruşub, o da belə söz demədiyini söyləyib. Xaqani Məmmədova bir sualım var: Oyunda etdiyim səhvlərə görə məni hakimlikdən ömürlük uzaqlaşdırırsızsa, niyə Antalyaya getməmişdən əvvəl ANS-də deyirdiz ki, hakim oyunu qaydalar çərçivəsində idarə edib? Televiziyada belə deyir, orda-burda da başqa şeylər. Hər şeyi özünüz edirsizsə, niyə bunu Rövnəq Abdullayevin üzərinə atırlar? Nağıl danışırlar da. Hamı hər şeyi yaxşı bilir, amma heç kim heç nə danışmır. Mən rəsmi qərarı gözləyirəm. Rəsmi qərar çıxsa, mən də bilirəm nə edəcəm. Onda gərək hakim qalmasın ki, hamısın qovsunlar.
– Rəsmi qərar niyə gecikir bəs?
– Nə bilim Vallah.
– Qərar açıqlanmasa birinci divizionda hakimlik edəcəksən?
– Yox. Mən birinci bivizionla qurtarmışam. Bu söz söhbət mənə maraqlı deyil, əgər məni Premyer Liqaya qaytarmasalar, heç bağışlamasalar da, hakimliyə qayıtmayacam.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |