Ramin Musayev: “Məndən olsa, Babək Quliyev bu gün hakimliyə qayıdar” Müsahibə
“Futbolla məşğul olanların 99 faizi kişi xeylağıdır, amma 70 faizi arvad kimi söz gəzdirir”
Ramin Musayevlə müsahibə üçün söhbətləşməyi konkretləşdirmişdim. Ona veriləcək bəzi suallarım vardı. Zəng etdim, danışdıq, vaxt təyin etdi, getdim PFL-ə. Bir stəkan çaya da qonaq etdi, daha doğrusu iki stəkan. Müsahibədən də əvvəl şərt kəsdi ki, danışığını necə var, elə də yazacam. Sözümün üstündə dururam, söhbətimizi olduğu kimi təqdim edirəm:
- Ramin müəllim, çempionat fasiləyə necə yollanmışdı və necə başladı?
- Mən böyük dəyişiklik
görmürəm.
Güclü
komandalar
daha
da
güclənib,
zəiflər
də
zəifləyib.
Ad
açıqlamaq
istəmirəm,
amma
bundan
başqa
heç
nə
görünmür.
- Onda belə deyək, sizi hansı komanda təəccübləndirdi?
- Hamısı məni təəccübləndirdi.
- Yaxşı mənada?
- Yaxşı mənada heç bir komanda məni təəccübləndirmədi.
- Bəs əksi?
- Elə hamısı.
- Özünüz də Antalyada idiniz. Sizcə fasilədə hansı komanda daha yaxşı hazırlıq keçdi?
- Mən daha əvvəl də demişdim
və
yenə
təkrar
edirəm,
hansı
komandanın
daha
yaxşı
hazırlıq
keçdiyini
bilmək
üçün
ən
azı
3 tur
gözləmək
lazımdır.
Başqa
cür
o
komandaların
hazırlığı
barədə
bir
söz
demək
çətindir.
İnşallah
bu
sualınıza
3- cü
turdan
sonra
cavab
verərərm.
- Adətən klubların transfer siyasətini tənqid edirsiz. İndi vəziyyət necədir?
- Hər şeyi olduğu kimi demək olmur, çünki klublar bunu başqa cür qələmə verir. Elə klub rəhbəri, elə baş məşqçi var ki, deyir transferi
yayda
edəcəm.
Mən
bunun
əleyhinəyəm.
Bu
sözlərim
Avrokuboklarda
iştirak
edən
klublara
aiddir.
Yayda
transfer
olunan
futbolçular
komandaya
normal
uyğunlaşıb
xeyir
verə,
öz
sözlərini
deyə
bilmirlər.
Niyə?
Müddət
qısadır
deyə
komandaya
alışmır.
Yeni
gəlmiş,
komandanın
ab-
havasına
alışmamış
futbolçunun
özünü
göstərməsi
qeyri-mümkündür. Mümkündür, amma çox az hallarda. Bu hal o zaman baş verir ki, futbolçu
daxili
çempionatda
oynayır,
buranın
ab-
havasına
bələd
olur,
başqa
komanda
da
onu
oğurlayır,
alır,
hansısa
yolla
heyətinə
qatır.
Bu
zaman
həmin
oyunçuya
heç
nə
problem
olmur.
Axı
futbolçular
bir-
birlərini
yaxşı
tanıyırlar.
Kənardan
gəlib
bir
aydan
sonra
Avrokuboklarda
meydana
çıxıb
komandaya
xeyir
versin?
Mümkün
deyil.
Ancaq
qışda
alanda,
futbolçu
komandaya
uyğunlaşır
və
xeyir
də
verə
bilir.
Bir
məqama
da
toxunacam.
Bəzi
klublar
narazılıq
edir
ki,
niyə
“altılıq” sistemi var və “altılıq” oyunları
qış
transfer
dönəminə
kimi
bitmir.
Yəni
deyirlər
ki,
“altılığ”a düşən komanda heyətni daha da gücləndirir. Yaxşı, sən bu il komandanı
gücləndirmədin,
bəs
gələn
il
çempionata
necə
qatılacaqsan?
Deməli
yenə
də
geri
qalırsan,
axsayırsan.
Bu
sənin
komandandır,
güclü
klub
saxlamaq
fikrindəsənsə,
onsuz
da
gücləndirməlisən.
Deməli,
transfer
işləri
düzgün
aparılmayıb,
məşqçin
zəifdir.
- Bizdə elə məşqçi var ki, komandaya aid lazımı bütün səlahiyyətlər ondadır?
- Var, niyə ki...
- Neçə barmağınızı qatdalaya bilərsiz?
- (bir qədər fikirləşir, sanki ürəyində
sayır)
Üçünü
dəqiq
bilirəm.
Sırf
futbolçu
seçimi
baxımından
deyirəm.
- Transferlərdən söz düşmüşkən, hər altı aydan bir komandalar heyətlərinin az qala ya yarısını, ya da hamısını dəyişsinlər. Bu barədə nə düşünürsüz?
- Belə götürəndə
sağ
olsunlar,
düz
edirlər,
bizə
xeyir
verirlər.
İnanın
ki,
bu
xeyir
bizə
lazım
deyil.
12 klubun,
bizim
və
AFFA-
nın
bir
məqsədi
olmalıdır
ki,
Azərbaycanda
futbol
inkişaf
etsin
və
ölkəmizdən
kənarda
da
millətimizi
sevindirək.
Daxildəki
uğurları
nəzərdə
tutmuram.
Belə
deyək,
uşaq
evdə
tərbiyəlidir,
söyüş
söymür,
amma
küçəyə
çıxan
kimi
başlayır
söyüş
söyməyə.
Yaxşı
olar
ki,
o
uşaq
evdə
söysün,
amma
küçədə
özünü
mədəni
aparsın.
Fərqi
yoxdur,
hansı
komanda
gedir
getsin,
təki
Azərbaycana
şərəf
gətirəcək
uğur
qazansın.
- Çempionatda favoritiniz var?
- Keç o biri suala...
- Buna cavab vermək çətindir?
- Sadəcə cavab vermək istəmirəm.
- Klubların PFL-ə borcu çoxdur?
- Verənlər
də
var,
verməyənlər
də.
- Verənləri qoyaq bir kənara, verməyənlər hansı klublardı?
- “Dembel”lər vermir, amma “molodoy”lar borclarını
vaxtına
ödəyir
(gülür).
- Ona görə də onlara “dembel” deyirlər. Başqa suala keçim. Sturuktur baxımından onun işi konkret sizə aid olmasa da, amma deyilənə görə Hakimlər Komitəsinin sərdi Xaqani Məmmədov vəzifəsindən gedir?
- Xaqani Məmmədovun
vəzifəsindən
gedib-getməməsinin
mənə
heç
bir
aidiyyatı
yoxdur.
Soruşsalar
deyərəm
ki,
getməsin.
- Hansı keyfiyyətlərinə görə?
- Sən istəyirsən
getsin?
- Mən sualı sizə verdim?
- Bildim, indi mən sizə sual verirəm.
- Axı mənim fikrim bu məsələdə heç nəyi dəyişməyəcək...
- Sən de.
- Axı desəm də heç nəyi dəyişməyəcək...
- Dəyişəcək.
- Məndən olsa gedər (Ramin Musayevin inad etdiyini görən bəndəniz söhbəti uzatmamaq üçün suala cavab verirəm).
- Niyə? Axı sən özün Antalyada
hakimlərin
toplanışında
oldun,
nə
gördün
orada?
- Bütün işləri hakim Elçin Məmmədov aparır, Xaqani Məmmədov da fiqur kimi görünür.
- Elçin Məmmədov
orada
ancaq
təşkilatçılıqla
məşğul
idi.
Özü
də,
hər
il
Elçin
Məmmədov
olmur.
Keçən
il
də
bu
işi
Fariz
Yusifov
yerinə
yetirirdi.
- Elçin Məmmədovun işindən razı qaldım, onu gətirin vəzifəyə, daha bir nəfərə də artıq maaş verməyəsiz də...
- Gəmi yolunu düz gedirsə, səbəbkarı
kapitandır.
- Bizdə başqa cürdür axı...
- (sözümü kəsir) Sizi bilmirəm, bizdə belədir.
- Mən ümumi olaraq nəzərdə tuturam...
- Buyur.
- Yaxşı bunu qoyaq kənara...
- 1:0 mənim xeyrimə.
- Bu sizə elə gəlir. Bayaq suala cavab verməyəndə artıq hesab açılmışdı və mən öndə idim.
- Mən razı deyiləm.
- Bu da sizin fikirdi və hörmətlə yanaşıram. Anar Niyazovun məsələsi nə yerdədir?
- Bu sual da mənə aid deyil, Xaqani Məmmədovdan
soruşun.
- Anar Niyazov bizim qəzetə müsahibəsində deyib ki, onu hakimlikdən siz uzaqlaşdırmısız?
- Bəs eşitmişəm
qəzet
sənindi?
- Axı elə indi də “mənim yox, bizim qəzetimiz” dedim. Bir qədər diqqətli olun...
- Biz deyəndə kimi nəzərdə tutursan?
- Qəzetin sahibi İlqar Tağıyevi. Mən onunla dost olduğumdan, lazım olanda yaradıcılıq baxımından kömək edirəm.
- Allah sizi mehriban
etsin.
Buyur.
- Sağolun, amma Anar Niyazov sualına cavab vermədiz?
- Bu onun şəxsi fikridir
və
səhv
düşünür.
- Niyazov iddia edir ki, məsələ sizlik deyil, amma Rövnəq Abdullayevin onu bağışlamamasını Anara siz demisiniz.
- Yalan deyir.
- Hətta belə də demişdi ki, Rövnəq müəllim hakimlərlə, heç Birinci Divizionla da maraqlanmır...
- Rövnəq müəllim hər şeylə çox ciddi şəkildə maraqlanır. Hətta gənc hakimlərin
də
adlarını
bilir.
- Rövnəq Abdullayevlə daimi ünsiyyətdə olan insansız...
- (yenə sözümü kəsir) Onunla ünsiyyətdə
olan
insan
təkcə
mən
deyiləm.
Əgər
hansısa
işlər
varsa,
əvvəl
çalışıram
özüm
həll
edim.
Həll
edə
bilməyəndə
isə
Rövnəq
müəllimə
müraciət
edirəm.
Hakimlik
də
mənə
aid
deyil
ki,
bu
barədə
Rövnəq
müəllimə
müraciət
edim.
Hakimliklə
bağlı
ona
AFFA-
nın
baş
katibi
Elxan
Məmmədov
müraciət
edir
və
cavabını
da
alır.
- Anar Niyazovun məlum sms söhbətində yəqin ki, “Qaradağ Lökbatan” tərəfiylə də söhbətiniz olub. Niyə onlardan sms-i oyundan qabaq sizə vermələrinin səbəbini soruşmadınız?
- Onlara bu sözlər deyilib.
- Cavabları nə oldu?
- Dedilər, çatdıra bilməyiblər.
- Siz də inandız? Bir kəlmə sizə zəng də edib nəsə deyə bilməzdilər?
- Siz sual verdiz, mən də cavablandırdım.
- Hansı tərəfi haqlı sayırsız?
- Heç bir tərəfi. Hək ikisinin
də
səhvi
var.
- Bəs, niyə iki tərəf də cəzalanmır?
- Kim cəzalanıb
ki?
- Anar Niyazov daha hakimlikdə yoxdu.
- Onu Xaqani Məmmədovdan
soruşun.
- Sizcə hakimlik edəcək?
- Bilmirəm.
- Keçmiş FİFA referisi Babək Quliyev sizin haqqınızda sərt açıqlamalar verməkdə davam edir...
- İxtiyar sahibidir. Azərbaycanda
demokratiya
var,
söz
azadlığıdır.
Kim
onun
səsəni
alıb
ki?
O,
şəxsi
fikrini
bildirir.
- Amma günahsız yerə hakimlikdən uzaqlaşdırıldığını iddia edir.
- Yenə deyirəm, bu onun şəxsi fikridir, özü bilər. Onun barədə qərarı mən verməmişəm, kim verib, ondan soruşun.
- UEFA-da Babək Quliyevin olduğu qrupdakı bütün hakimlər indi Avropa və Çempionlar Liqasının qrup mərhələsinin oyunların idarə edirlər. Ən azından elə bu mənada Babək Quliyev kimi istedadın qovulması Azərbaycan hakimliyinə bir zərbə olmadımı?
- Gəlin o mərhələni
qoyaq
bir
kənara.
İndi
fikrimi
bildirəcəm.
Ola
bilsin
ki,
hərə
bir
cür
qiymətləndirəcək.
Azərbaycan
hakimliyi
Babək
Quliyev
kimi
hakimi
itirdi.
Mən
ölkə
xaricində
demirəm,
amma
ən
azından
ölkə
daxilində
yeniyetmə
hakimlərin
öyrənə
biləcəyi
bir
müəllimi
itirdi.
Yəni
o,
çox
gözəl
hakim
idi.
Bizdə
indi
gənc
hakimlər
var,
deyir
Babək
Quliyevin
oyun
idarə
etməsinə
baxıb,
onda
hakimliyə
maraq
yaranıb.
Anar
Niyazovun,
Fariz
Yusifovun,
Vüsal
Əlyevin
də
adlarını
çəkənlər
var,
eləcə
də
Babəkin.
Bu
yaxınlarda
xaricdə
yaşayan
azərbaycanlı
qonağımızla
bir
oyun
izləyirdik.
Sizi
inandırım
ki,
çempionatda
oynayan
legioner
futbolçuları
səndən
və
məndən
çox
o
tanıyırdı.
Həsəd
apardım.
O
da
Babək
Quliyev
haqda
xoş
sözlər
dedi.
Xarici
karyerasını
deyə
bilmərəm.
Çünki
daha
da
irəli
gedə
bilərdi.
İmkanı
vardı,
ingilis
dilini
də
bilirdi.
Yaxşı
oyunlar
idarə
edib,
əla
qiymətlər
alıb.
Mümkün
idi
ki,
heç
nə
olmasın. Allahın işin bilmək olmaz.
- Sizcə oyundan sonra klub rəsmiləriylə danışan təkcə Babək Quliyevdir?
- Niyə belə deyirsiz?
- Axı Babəkin hakimlikdən getməsinə başqa səbəb göstərə bilmirsiz...
- Harada yazılıb ki, Babək məhz buna görə hakimlikdən
uzaqlaşdırılıb?
- İctimaiyyətə belə açıqlanmışdı.
- Kim demişdi?
- Siz.
- Axı mən elə söz deməmişəm.
- Başqa nə səbəb var ki?
- Hamısını
yazacaqsan?
- Əlbəttə!
- Mən elə açıqlama
verməmişəm.
Heç
vaxt
deməmişəm
ki,
Babək
Quliyev
oyundan
sonra
klub
rəsmisiylə
danışdığı
üçün
hakimlikdən
uzaqlaşdırılıb.
Niyə
göndərilib,
nə
vaxt
qaytarılacaq,
mənə
dəxli
yoxdur.
Bunu
edən
adamlar
var,
gedin
onlardan
soruşun.
Məndən
olsa,
Babək
Quliyev
bu
gün
hakimliyə
qayıdar.
- Oğlunuz Elvin Musazadənin “Qarabağ”a keçidi də birmənalı qarşılanmadı.
- Səmimiyyətimə
inanırsız?
- Yəqin ki.
- “Xəzər Lənkəran” - “Rəvan” oyunundan
sonra
Elvin
evə
gəlib
futboldan
uzaqlaşdığını
dedi.
Mənim
işçilərimdən
də
soruşa
bilərsiz,
bu
xəbəri
eşidəndə
sevincimin
həddi-
hüdudu
yox
idi.
Qış
fasiləsi
zamanı
ailədə
planlaşdırırdıq
ki,
yeni
ildən
sonra
xaricə
bir
yerə
gedək.
Elvin
dedi
ki,
onun
pasportun
heç
yerə
verməyək,
o
getmir.
Dedim
niyə?
Cavab
verdi
ki,
gedir
Türkiyəyə.
Soruşdum
xeyirdimi?
Dedi
Qurban
müəllimlə
danışıb,
“Qarabağ”
- Dediz ki, oğlunuz futboldan gedəndə sevinirdiz. Futbola bu qədər nifrət edirsiz?
- Xeyr, futbola nifrət etmirəm, dedi-qodudan zəhləm gedir. Futbolla
məşğul
olanların
99 faizi
kişi
xeylağıdır,
amma
əfsuslar
olsun
ki,
70 faizi
arvad
kimi
söz
gəzdirir.
- Mənim suallarım bu qədər, ürəyinizdən keçən başqa nə varsa, danışa bilərsiz...
- İndi söz-söhbətlər
gəzir
ki,
milli
komanda
niyə
tez-
tez
toplanışlar
keçirir.
Milli
komandanın
döşündə
kimin
gerbi,
bayrağı
var?
Azərbaycanındı,
qurtardı
getdi
də.
İndi
baş
məşqçinin
ixtiyarı
yoxdur
ki,
ölkə - milli naminə futbolçunu
toplanışa
bir-iki gün qabaq dəvət etsin? Bunu o qədər şişirdirlər
ki.
- Demişdim sonuncu sualımdır, amma Foqts həmişə sizdən narazıdır...
- Onun ürəyində
Almaniya
bayrağı
var,
mənimkində
Azərbaycan.
Buna
görə
də,
hamımız
milli
naminə
güzəştə
getməliyik.
İndi
millinin
səfərdə
Lüksenburq
və
doğma
meydanda
Portuqaliya
ilə
oyunu
var.
Hamımız
milliyə
dəstək
olmalıyıq.
Həmişə
də
danışanda
birlikdən
danışırıq,
amma
əmələ
qalanda
ortada
he
çnə
yoxdur.
AFFA-
nın
qəşəng
devizi
var:
Biz
birlikdə
güclüyük.
Söhbətləşdi:
Vüsal BƏBİRLİ, “Het-trik
news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |