“Atletiko”nun formasındakı Azərbaycanla bağlı reklamın məbləği rəsmən açıqlandı
Madridin“Atletiko” klubu formasında gəzdirdiyi “Azebaijan Land of fire” (Odlar yurdu Azərbaycan) yazısının dəyərini açıqlayıb. Stadium.az xəbər verir ki, bu barədə klubun marketinq departamentinin rəhbəri Mariya Tereza Sirivi RMA Biznes Məktəbində “Oyun idman növlərində menecment” fakültəsinin dinləyiciləri üçün keçirdiyi master-klassda açıqlama verib.
O bildirib ki, müqavilə 2013-2014-cü il mövsümünün sonunadək nəzərdə tutulub. Bu müddətdə “Atletiko” 12 milyon avro qazanacaq.
“Atletiko” uzun müddət formalarında “KİA”nın reklamını yerləşdirib. Lakin ötən yay müqavilə bitib. Yeni təkliflər olsa da, klubu maliyyə baxımından qane etməyib. Bu səbəbdən, Madrid təmsilçisi bir müddət titul sponsoru olmadan keçinib: “Hətta bir çox mühafizəkar azarkeşimizin bundan xoşu gəldi. Onlar belə imtinanı köhnə vaxtlara qayıdış kimi dəyərləndirdilər. Biz isə gözləyirdik, bilirdik ki, yaxşı təklif gec-tez gələcək. Belə də oldu. İlin əvvəllərində Azərbaycanın turizm idarəsi ilə titul müqaviləsi bağlanıldı”.
Qeyd edək ki, “Atletiko” ilə rəsmi müqaviləni yanvarın sonlarında “Bakı” klubu bağlayıb. İspaniya mətbuatı “Azerbaijan Land of fire” üçün İspaniya klubuna 20 milyon avro ödəniləcəyini yazmışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |