Baçana Tsxadadze: “Altılıq” bizim üçün digərlərindən əvvəl başladı” Müsahibə

28.02.2013 | 5444 dəfə oxunub

“İnter”in hücumçusu Baçana Tsxadadze klubun saytına verdiyi müsahibəsində “Bakı” ilə keçirilən kubok matçından danışıb, yarış haqqında təəssüratlarını bölüşüb və komandanın bu turnirdə şansını dəyərləndirib. Bundan başqa, gürcüstanlı forvard “Qarabağ”la baş tutacaq oyun barədə də fikirlərini açıqlayıb və digər suallara cavab verib. Stadium.az həmin müsahibəni təqdim edir:

-Baçana, altıncı gün komandamız “Neftçi” ilə uğursuz qarşılaşma keçirdi. Psixoloji planda bu oyunu unutmaq və “Bakı” ilə oyuna köklənmək çətin olmadı?
-Etiraf edim ki, “Neftçi”dən sonra bizim üçün kifayət qədər çətin idi. Biz bu görüşü tezliklə unutmağa çalışdıq, “Bakı” ilə oyunun ilk dəqiqələrindən etibarən həmin qarşılaşmanı artıq unutmuşduq. Komanda oyuna inamla başladı və həmin uğursuzluğu tamamilə unutdu. 
 
-Dünən keçirilən oyunda “İnter” səfər oyun modeli seçdi, lakin kifayət qədər inamlı görünürdü. Komanda qələbəyə yaxın idi, lakin nəticədə heç-heçə qeydə alındı. Azərbaycan Kubokunun ¼ final görüşləri barədə nə deyə bilərsiniz?
 
- Ola bilər biz səfər oyun modelini seçdik, ancaq etiraf etmək lazımdır ki, hücumda biz kifayət qədər inamlı təsir bağışladıq. Belə düzülüşdə hücumçularımız özlərini daha rahat hiss edirlər və bizə arxada çox işləmək lazım gəlmir. Belə düzülüş özünü tam doğrultdu. Bəli, son dəqiqələrdə məyusedici qol buraxdıq, amma ümumilikdə hesab edirəm ki, biz oyunun gedişinə nəzarət edirdik. Düşünürəm ki, doğru seçilmiş taktiki sxem oyunumuzda böyük rol oynadı. Əlavə olaraq demək istəyirəm ki, biz çox güclü rəqibə qarşı oynayırdıq.
 
-“Şəfa” stadionunda keçiriləcək cavab qarşılaşması ərəfəsində 1:1 hesabı “İnter” üçün daha yaxşı görünür. Faiz nisbətində komandaların şanslarını necə qiymətləndirərdiniz?
 
-Düşünürəm ki, şanlar təqribən bərabərdir. Mən deyərdim ki, 60 faizin 40 faizə “İnter”in xeyrinədir. Lakin öncədən özünə qürrələnərək sağa-sola bəyanat səpələməyə dəyməz, axı “Bakı” çox güclü rəqibdir və bu komandada yaxşı legionerlər və güclü yerli futbolçular var. Onlar sonadək mübarizə aparacaqlar. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq və diqqətimizi maksimum dərəcədə cəmləşdirməliyik. Düşünürəm ki, biz ötən nəticəni nəzərə almadan meydançaya çıxmalıyıq. Əgər komanda dünən göstərdiyi oyunu nümayiş etdirərsə, o zaman işlərimiz yaxşı gedəcək. 
 
-Əlbəttə ki, bu barədə danışmaq hələ tezdir, ancaq hər halda “İnter”in bu turnirdə şansını qiymətləndirməyi xahiş edirik.
 
-Bu, mənim “İnter”də artıq üçüncü mövsümümdür və xatırlayıram ki, 2011-ci ildə kubokun finalında “Xəzər-Lənkəran” komandasına məğlub olduq. Ötən il biz mübarizəni yarımfinalda dayandırdıq. Çox ümid edirəm ki, bu mövsüm bu mükafatı qazanmaq bizə müyəssər olacaq. Etiraf edirəm ki, kubokda, xüsusilə də stadiona daha çox azarkeşin gəldiyi final mərhələsində oynamaq çox maraqlıdır. Çempionat bir qədər başqa mövzudur, orada mübarizə təqvim ili ərzində gedir, kubok isə digər planda keçirilən oyundur. Bir çox ölkələrdə lider-komandalar kubok oyunlarına ehtiyat heyətləri çıxarırlar, ancaq Azərbaycan Kubokunda bütün komandalar əsas heyətlərlə oynayır. Bu, kubok yarışını bütün klublar üçün çox cəlbedici edir. 
 
-“İnter” ötən altıncı günü “Neftçi” ilə qarşılaşdı, artıq üçüncü günü kubok turniri çərçivəsində “Bakı” ilə görüşdü. Bazar günü isə bizi çempionat oyunları çərçivəsində “Qarabağ”la daha bir matç gözləyir. Hər üç gündən bir meydançaya çıxmaq çətin deyil? Belə qrafik futbolçularda problemlər yaratmır?
 
- Mən düşünürəm ki, oyun qrafiki məhz belə olmalıdır. Bu, futbolçular üçün ideal qrafikdir. Ancaq qeyd etməyə dəyər ki, qış fasiləsindən sonra çempionatda keçirilən dörd oyunun hamısını bizim birbaşa rəqiblərimiz olan güclü komandalara qarşı keçirmişik. Demək olar ki, bizim üçün “altılıq” digərlərindən əvvəl başladı. “İnter” üçün “ilk altılıq” hələ “Xəzər-Lənkəran”la matçla başlamışdı. Ancaq bu bizim vəziyyətimizi çətinləşdirir, belə də bu qrafik kifayət qədər doğru görünür. Dörd gündən bir oynamaq futbolçu üçün yaxşıdır: az məşq, daha çox oyun(gülür).
 
-Artıq bu bazar “İnter”i “Qarabağ”la çətin oyun gözləyir. Ağdam klubuyla keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
 
-“Qarabağ”la oynamaq həmişə çətin və maraqlıdır. Bu komanda, bizim kimi, ötürmələrlə kombinasiyalı futbol oynayır. Düşünürəm ki, oyun maraqlı və baxımlı alınacaq. Bizə bu oyuna maksimal dərəcədə diqqəti cəmləşdirərək yanaşmaq lazımdır. Bütün futbolçular məşqçinin tapşırıqlarını yerinə yetirməlidirlər, ancaq o zaman bu görüşü maksimal sayda xalla başa vura bilərik. 
 
-Maraqlıdır ki, “İnter”in “Qarabağ” üzərində son qələbəsi 2010-cu ilə təsadüf edir. Yəni təqribən üç ildir komandamız Ağdam klubunu məğlub edə bilmir.
 
-Bu barədə düşünməyə dəyməz. Elə oynamaq lazımdır, sanki bu komandayla ilk dəfədir qarşılaşırıq. Diqqəti bu statiska üzərində cəmləşdirmək lazım deyil. Öz futbolumuzu nümayiş etdirmək lazımdır. Yalnız bu halda biz lazım olan nəticəni əldə edə biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail