Xocalı faciəsi niyə yad edilmədi?
Düzü, Premyer Liqanın 21-ci turunda baş tutan 6 qarşılaşmadan əvvəl Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə PFL tərəfindən tədbirlər keçiriləcəyini, ən azından faciə qurbanlarının xatirəsinin oyunlardan əvvəl bir dəqiqəlik sükutla yad olunacağını düşünürdüm. Amma bu baş vermədi. Həmin turun oyunları 22-24 fevral aralığında baş tutduğundan, gözlənilirdi ki, anım ayın 27-də – faciənin ildönümümün ertəsi günü gerçəkləşəkə. Təəssüf ki, yenə də belə bir halla rastlaşmadıq. Doğrudur, fevralın 26-da bütün klublar Xocalı faciəsini yad etdilər. Bəs oyun günü bu niyə baş vermədi? Nə olsun ki, ildönümdən bir gün keçmişdi? Əgər hansısa futbol veteranı və ya klub işçisinin dünyasını dəyişdiyi gün 2-3 gün fərqlə yad edilirsə, xocalılılar nədən yad edilməsin? Buna görə heç maliyyə vəsaiti də lazım deyil.
Ümumiyyətlə, futbolumuzda bu kimi hallar birinci dəfə deyil ki, baş verir. Şahidi olduğum bir hadisəni misal çəkəcəm. 2007-ci il məhz fevralın 26-da (onda PFL yaranmamışdı) Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunun çərçivəsində “Bakı” Tofiq Bəhrəmov adına Respublika stadionunda “Xəzər-Lənkəran”ı qəbul edirdi. “Bakı”
rəhbərliyi bir neçə dəfə AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinə oyunun vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi müraciət unvanlamışdı. Onlar fikirlərini belə əsaslandırırdılar
ki, matəm günüdü,
qol vurululacağı və ya qələbə qazanılacağı təqdirdə sevinmək yersiz olardı. AFFA rəhbərliyi müraciəti cavabsız qoymuşdu, oyunun elə
26-sı keçirilməli olduğunu bildirmişdi. Yeri gəlmişkən, həmin vaxt departamentin rəhbəri Məlik Həsənov idi. İndi də Məlik müəllim PFL-də
həmin vəzifədədi. O ki
qaldı 2007-də baş tutan “Bakı”-”Xəzər Lənkaran” oyununa, meydan sahiblərinin arzusu gözündə qaldı. Görüş cənubluların 2:0 hesablı qələbəsi ilə başa çatdı. Mətləbdən uzaqlaşmayaq, bu haqda klub nümayəndələrinin fikirlərini öyrəndik.
“Rəvan” futbol klubunun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov: “Oyundan bir gün əvvəl baş tutan məşqdən öncə Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Futbolçularla 10 dəqiqəyə yaxın söhbət etdik. Onlara,
əsasən də əcnəbilərə hadisə barədə geniş məlumat verdik. “Xəzər-Lənkəran”la oyundan əvvəl isə matçın təşkilatçılarından faciənin yad olunması ilə bağlı hər hansı tədbirin olacağı barədə soruşdum. Onlar PFL tərəfindən belə bir təlimatın verilmədiyini bildirdilər. Hər halda,
faciə qurbanlarının ruhuna ehtiram əlaməti olaraq, oyundan əvvəl və fasilə zamanı stadionda səsləndirilən musiqini ləğv etdik. Təkcə,
rəsmiyyət xarakteri daşıdığından, PFL-in himni səsləndi.
Mən özüm bir ilə yaxındı ki, “Rəvan”dayam. Nəinki mən, o
cümlədən klub rəhbərliyi həmişə belə hallara həssas yanaşmışıq. 20 Yanvar faciəsində şəhidlərin məzarını ziyarət etmişik. PFL tərəfindən hər hansı bir təklif olsaydı, ev sahibi kimi canla-başla ferinə yetirməyə hazır idik”.
“Simurq”un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: “Hamı kimi biz də ayın 26-da
məşqən əvvəl şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdik. Bundan başqa, legioner futbolçularla faciə haqqında təbliğat xarakterli söhbətimiz oldu. Əksəriyyətinin Xocalı faciəsindən xəbərləri var idi. Həm onlara, həm də yenilərə bu barədə geniş informasiya verildi.
O ki qaldı oyun gününə, “Neftçi”
ilə matçdan əvvəl komandanın azyaşlı azarkeşi dünyasını dəyişmişdi. Onun və
şəhidlərin xatirəsini yad etmək üçün PFL-lə
telefon əlaqəsi saxladıq. Amma, icazə verilmədi. Bizə də
xoş olardı ki, onların ruhuna ehtiram əlaməti olaraq, ən
azından qolumuzda qara sarğı ilə oyuna çıxaq. PFL-in oyunların keçirilməsi ilə bağlı əsasnaməsi var. Əsasnamədə bu
cür hallar zamanı onların icazəsi olmadan hər hansı addım atılmasına icazə verilmir. Biz də
əsasnaməyə uyğun hərəkət etdik”.
Rüstəm müllimin fikirlərinə bir balaca münasibət bildirmək yerinə düşərdi. Əgər belə istəyiniz həqiqətən var idisə, onda əsasnaməni pozmağa dəyərdi. Quran ayəsi deyil ki? Uzağı buna görə PFL sizi cərimə edəcəkdi. 3-5 manat cərimə xocalılıların və azyaşlı azarkeşin ruhunun yanında nədi ki? Sözün düzü, buna görə heç cərimə kəsiləcəyinə inanmıram da. Təsəvvür edin ki, PFL “Simurq”u oyundan əvvəl Xocalı faciəsində şəhid olan həmvətənlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməsinə görə ziyana salır. Olası hal deyil.
“Bakı” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nəriman Mehdiyev: “Faciə günü klubun bazasında “Xocalını unutma!”
şüarı altında bir neçə tədbir keçirdik. 200-ə yaxın uşaq, valideyn və
ictimaiyyət nümayəndələri bu tədbirlərdə iştirak etdi. Həmin gecə şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, tədbir iştirakçıları ilə təbliğat xarakterli söhhətlər oldu, faciə haqqında kitablar paylandı. Umümiyyətlə, klubumuz belə hadisələrə çox həssas yanaşır. Xocalı faciəsi də müasir Azərbaycan tarixinin qara bir səhifəsidi. O ki
qaldı matçan əvvəl şəhidlərin yad edilməsinə, əgər oyun ayın 26-da keçirilsəydi, sözsüz bu
yöndə lazım olan bütün addımları atacaqdıq”.
“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də digər həmkarları kimi oyundan əvvəl belə bir tədbirin baş tutmamasını faciənin ildönümünün matçdan bir gün əvvəl baş verməsi ilə əlaqələndirdi: “Fevralın 26-da klub daxilində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduğundan rəhbərlik ertəsi gün buna ehtiyac duymadı”.
Sonda PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin dediklərini diqqətinizə çatdırırıq. Əvvəlcədən qeyd edim ki, Aslan bəyin də fikirləri digərlərinin söylədikləri ilə üst-üstə düşdü: “Bilirsiniz ki, kubok oyunları faciənin ildönümündən bir gün sonra baş tutmuşdu. Əgər fevralın
26-da keçirilsəydi, təbii ki, faciə qurbanlarının xatirəsi lazımi səviyyədə yad ediləcəkdi. Birincilikdə iştirak edən klubların hamısı həmin gün axşam saat 5-də 1 dəqiqəlik sükutla şəhidləri yad ediblər. Bəziləri məşqdə,
bəziləri isə... Hətta
“Neftçi” rəhbərliyi Zaqatalaya gedərkən,
yolda komandanı aparan avtobusu saxlayaraq bu addımı atıblar”.
İlqar TAĞIYEV,
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |