"Neftçi" hakimə yox, Qurbana uduzdu YAZI
"Neftçi" - "Qarabağ" oyunundan sonra yaşananlardan xəbəriniz var, omamış olmaz. "Neftçi" klubu məğlubiyyəti birbaşa hakimin qərəzli - ədalətsiz oyun idarə etməsiylə bağladı. Əvvəlcə ondan başlayaq ki, oyunun baş hakimi Rəhim Həsənovun idarəçiliyi həqiqətən çox aşağı səviyyədə idi. Adı FİFA referisi olan bu gənc təkcə "Neftçi"yə qarşı deyil, elə "Qarabağ" tərəfinə da xeyirli olmayan qərarlar verdi.
Mübahisəli məqamlardan İqor Mitreskinin
qırmızı aldığı oyun epizodunu şərh etməyə heç bir lüzum yoxdu. Kişinin oğlu necə
lazımıydısa, elə də etdi. Qırmızı vərəqə Mitreskinin etdiyi kobudluğun haqqı
idi, təmiz.
Penaltiyə gəlincə, burada bir qədər əyləcə
basmaq lazımdır. Oyundan sonra bununla bağlı yayınlanan görüntülərdə də penalti
epizodu barədə hakimin qərarının 100 faiz düzgün olduğunu əminliklə söyləmək
olmur. Cərimə meydançasına daxil olan Reynaldoya əvvəlcə Elvin Yunuszadə əllə
müdaxilə etmək istəyir, amma fikrindən daşınır. Reynaldo buna görə özünü yerə
atmaq istəyirdi ki, bu an Ramos onun formasından tutaraq çox bic hərəkətlə
aşağı dartır. Onsuz da yıxılmağı düşünən Reynaldi üçünsə bundan yaxşı gürsət
ola bilməzdi və hücumçu özünü vaxtında, müdaxilə andındaca yerə atdı. Referi də
oyun qaydalarını əsas götürərək penalti verdi və görünən odur ki, hakim
haqlıdır.
Hakim qərarından narazılıq edən "Neftçi"
tərəfi oyunun 66-ci dəqiqəsini yaxşıca izləməlidir. Referi bu komandanın
qapısına vurulan təmiz qolu qeydə almır. Oyundankənar vəziyyət kimi qiymətləndirir,
amma qol yüz faiz qaydalar çərçivəsində vurulmuşdu. Burada isə hesab 0:1 idi və
bu qol qeydə alınsaydı, bəlkə də "Neftçi" daha böyük hesabla məğlub
olacaqdı.
"Neftçi"nin baş məşqçisi Böyükağa
Hacıyev, vitse-prezident Tahir Süleymanov hakimdən narazılıq edir. Niyə
komandalarına diqqət yetirmirlər? "Qarabağ"la oyunda Mirhüseyn
Seyidov, Mahir Şükürov, Araz Abdullayev, Elvin Yunuszadə, Vobay və Flavinyonun
bu qədər bərbad oynamasının səbəbini niyə araşdırmırlar? Təsadüf bir dəfə olar,
lap iki dəfə, amma üç dəfə olmur. "Qarabağ" bu mövsüm üçüncü dəfə idi
ki, "Neftçi"yə qalib gəlirdi. Bu oyunda isə Ağdam təmsliçisi istənilən konponentdə rəqibini üstələdi. Hətta eşitdiyim qədəriylə, baş məşqçi
Qurban Qurbanov hər oyundan qabaq futbolçularla xüsusi söhbətlər aparır ki,
"Neftçi"yə qalib gəlsinlər. Onu da eşitmişəm ki, Qurbanov "görüm
Böyükağa məni necə udacaq" da deyib. Bu da nəticə. Son oyunda "Qarabağ"
"Neftçi"dən bir baş üstün oyun sərgilədi. Daha doğrusu, "Neftçi"ni
öz silahıyla vurdu. Bu oyunda "Neftçi" nə hakimə uduzdu, nə də "Qarabağ"a.
"Neftçi" məhz Qurban Qurbanova uduzdu. Çünki, Böyükağa Hacıyev də
Qurban Qurbanovun pətəyinə çubuq soxub. Necə ki, Nikolov bunu "Neftçi"yə
qarşı etmişdi.
"Neftçi" məğlubiyyəti hakimdə yox, məhz
özündə axtarmalıdır, hətta günah hakimdə olsa belə. Çünki əks halda göylərdə
üçün bu komandanın futbolçuları özlərində məsuliyyət axtarmayacaqlar. Hər məğlubiyyət
hakimlə bağlansa, onda futbolçulara hansı söz deyiləcək? Yaxşısı budur,
futbolçularınızın qazından alın, onlası balaca sıxın ki, avtoşluq etmək əvəzinə
futbol oynasınlar, Yoxsa, üçüncü çempionluq mümkünsüz olacaq!
Vüsal BƏBİRLİ
Qeyd: Hakim qərarlarıyla bağlı yazdıqlarıma şübhə ilə yanaşan varsa, aşağıdakı hər iki videonu diqqətlə izləsin!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |