"Səfərdə qazandığımız bir xal uşaqlarda ruh yüksəkliyi yaradıb"
Topaz Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən (0:0) "Sumqayıt" Futbol Klubu hazırlığını Bayıl Arenada davam etdirir. Stadium.az xəbər verir ki, kapitan Samir Abasov hazırlıq prosesi barəsində və qarşıdakı "Kəpəz"lə oyun haqqında fikirlərini klubun rəsmi saytına bildirib: "Son turda səfərdə "Xəzər Lənkəran"la qarşlaşmada qazandığımız bir xal bizim üçün olduqca əhəmiyyətlidir. Bu oyunda komandamız sözün əsl mənasında meydanda döyüşdü. Lənkəranda əsl futbol atmosferi hökm sürürdü. Baxmayaraq ki, tribunalarda əvvəlki oyunlardakı qədər azarkeş yer almırdı. Amma meydançanın durumu və hava şəraiti futbolçuları futbol oynamağa sövq edirdi. Səfərdə qazandığımız bir xal uşaqlarda ruh yüksəkliyi yaradıb. İndi sadəcə qarşıdakı "Kəpəz"lə oyunu düşünürük. Bu görüşdən maksimum nəticə ilə ayrılıb vəziyyətimizi bir qədər də yaxşılaşdırmaq istəyirik. Bundan sonra qazanacağımız hər xal bizim üçün qızıla bərabər olacaq".
Samir Abasov hazırda inşa olunan "Sumqayayıt" İdman Mərkəzi haqqında da fikirlərini bildirib. Adıçəkilən futbolçu bir sumqayıt sakini kimi bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "İnanın, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun həyətindən içəri daxil olan kimi ürəyim açılır. Bəziləri hər iki meydançanın süni örtüklü olmasını tənqid edir. Amma gəlin reallıqla danışaq, bu şəhərin belə bir idman mərkəzinə ehtiyacı var idi. Buradakı uşaqların yerinə çox sevinirəm. Artıq balalarımız yüksək şəraitdə məşq edib futbolda ilk addımlarını atacaqlar. Bir Sumqayıt sakini kimi şəhərimizdə belə bir idman mərkəzinin salınmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Burada böyüyən uşaqların adından bu qərarı verənlərə çox sağol deyirəm".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |