Son 15 ildə ilk dəfə
“Neftçi”nin futbolçusu Nikolas Kanales cari mövsüm Topaz Premyer Liqasında vurduğu qolların sayını 26-ya çatdırıb. Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, buna XXIX turun “Qarabağ”la qarşılaşmasında dubl etməklə nail olan çilili hücumçu ölkə çempionatlarının son 15 ilində 25 və daha çox qol vuran ilk futbolçu olub.
Nikolasa qədər belə yüksək məhsuldarlıq 1996/97 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Neftçi”nin 2 futbolçusu 25-dən çox qol vurmuşdu.
Ümumiyyətlə isə Azərbaycan çempionatları tarixində 10-cu dəfə 1 futbolçu mövsümdə 25 və daha çox qol vurur. Bunlardan 6-sı ”Neftçi”nin üzvlərinin payına düşüb. Klub tarixinə 1 mövsümdə ən çox qol vuran 5-ci oyunçu kimi düşən Kanales “top-10”da ilk legionerdir.
Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 10 futbolçu
yer | futbolçu | mövsüm | klub | oyun | qol |
1 | Nazim Əliyev | 1992 | Xəzər (Sumqayıt) | 33 | 39 |
2 | Samir Ələkbərov | 1992 | Neftçi (Bakı) | 34 | 36 |
3 | Musa Qurbanov | 1993/94 | Turan (Tovuz) | 29 | 35 |
4 | Qurban Qurbanov | 1996/97 | Neftçi (Bakı) | 29 | 34 |
5 | Mehman Allahverdiyev | 1992 | Kəpəz (Gəncə) | 28 | 30 |
6 | Yunis Hüseynov | 1992 | Neftçi (Bakı) | 25 | 29 |
7 | Fazil Pərvərov | 1993/94 | Kəpəz (Gəncə) | 27 | 29 |
8 | Nazim Əliyev | 1994/95 | Neftçi (Bakı) | 23 | 26 |
9 | Nikolas Kanales | 2012/13 | Neftçi (Bakı) | 29 | 26 |
10 | Samir Ələkbərov | 1996/97 | Neftçi (Bakı) | 26 | 25 |
Bu mövsüm ərzində ən çox qol vuran legioner ünvanını çoxdan ələ keçirən Kanaleslə yanaşı AZAL-ın braziliyalı hücumçusu Juniyor Nildo da əcnəbilər arasında ən yaxşılar sırasına düşüb. Növbəti dubluna imza atan cənubi amerikalı 1 çempionatda ən çox qol vuran legionerlərin siyahısında 3-cü yerə yüksəlib. Kanalesdən və Badri Kvaratsxeliyadan geri qalan braziliyalıya gürcüstanlıya çatmaq üçün cəmi 1 dubl etmək kifayətdir.
Azərbaycan çempionatlarında 1 mövsümə ən çox qol vuran 6 legioner futbolçu
yer | futbolçu | Klub | mövsüm | Ölkəsi | oyun | qol |
1 | Nikolas Kanales | Neftçi (Bakı) | 2012/13 | Çili | 29 | 26 |
2 | Badri Kvaratsxeliya | Kəpəz (Gəncə) | 1997/98 | Gürcüstan/Azərbaycan | 22 | 20 |
3 | Junior Nildo | AZAL | 2012/13 | Braziliya | 29 | 18 |
4 | Georgi Adamiya | Qarabağ (Ağdam) | 2010/11 | Gürcüstan | 30 | 18 |
5 | Oqtay Dərəlioğlu | Xəzər Lənkəran | 2004/05 | Türkiyə | 21 | 17 |
6 | Valter Quqlemon | İnter (Bakı) | 2008/09 | Uruqvay | 24 | 17 |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |