Ramin Musayev: "Günahkarlar mütləq cəzalarını alacaqlar"
"Təşkilatçılığın yaxşı alınması üçün əlimizdən gələni etdik. Gecələr də yatmayıb, çalışırdıq. Məncə, istədiyimizə nail olduq. Özünüz də gördünüz ki, hər şey yüksək səviyyədə təşkil olunmuşdu". Bu sözləri Stadium.az saytına verdiyi açıqlamada Peşəkar Futbol Liqasnın prezidenti Ramin Musayev deyib.
Musayev
hər iki finalçını gözəl oyun sərgilədiyini bildirib: "Həm
"Neftçi", həm də "Xəzər Lənkəran" qələbə üçün sonadək
mübarizə apardı. Hər iki tərəf yaxşı oyun sərgilədi. Gərgin mübarizə şəraitində
keçən final izlədik. Penaltilər seriyasında isə əksər hallarda bəxt amili böyük
rol oynayır".
PFL
başçısı matçdan sonra baş verən qalmaqala da toxunub: "Heç vaxt Azərbaycan
futbolunda bu cür halların yaşanmasını istəməmişəm. Gördüyümüz səhnə heç də xoş
deyildi. Buna görə də əminliklə söyləyirəm ki, günahkarlar mütləq cəzalarını
alacaqlar. Videogörüntülərə baxılacaq. Sabah AFFA-da toplantı olacaq və baş verənlərə
hüquqi qiymət veriləcək. Əmin ola bilərsiniz ki, günahkarlar cəzalanacaqlar".
Hadisə
zamanı meydana daxil olan Musayev "Xəzər Lənkəran"ın üzvü Elnur
Allahverdiyevi sakitləşdirməyə çalışmasından da danışıb: "Meydanda baş verənləri
görən kimi dərhal ora yollandım. Elnura da yaxınlaşmaqda məqsədim onu sakitləşdirmək
idi. Allahverdiyevi hələ "Neftçi"də çıxış etdiyi vaxtdan tanıyıram.
Orada "Xəzər Lənkəran" tərəfinə də dedim ki, gəlin, medallarınızı
alın. Onsuz da məsələ belə qalmayacaq. Günahkarlar cəzalanacaqlar. "Xəzər
Lənkəran"ın üzvləri əvvəlcə medallarını almaq istəmirdilər. Elə bu səbəbdəndir
ki, ilk növbədə qalib komanda mükafatlandırıldı. Amma az sonra "Xəzər Lənkəran"ın
rəhbərliyi işə arışdı və futbolçuları medallarını almağa gəldilər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |