Roberto Karlos: "Dünya çempionu heç nədən qorxmamalıdır"
"Anji"nin sabiq direktoru, Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi Roberto Karlos Mahaçkala klubunu tərk etməsinin səbəbini açıqlayıb. Stadium.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu "Anji"dəki günlərini xoş xatirə kimi xatırlayacağını bildirib: "Gedirəm, amma "Anji"də çoixlu dostlarım qalır. Hər zaman işimin öhdəsindən maksimal dərəcədə yaxşı gəlməyə çalışdım. Burada keçirdiyim 2 ili hər zaman karyeramdakı ən yaxşı vaxtlardan biri kimi xatırlayacağam".
Karlos
qeyd edib ki, "Sivasspor"la bir neçə ay öncədən danışıqlara başlayıb:
"Türkiyə klubunun nümayəndələri mənimlə ilk dəfə 3 ay əvvəl əlaqə
qurdular. Həmin vaxt onlara bildirim ki, hələlik heç nəyi müzakirə edə bilmərik.
Çünki "Anji" ilə müqaviləm var. Daha sonra "Anji"nin
mövqeyini öyrənmək istəyirdim. Komandada bundan sonra hansı postu tutacağım mənim
üçün böyük maraq doğururdu. Hər kəs təsdiq edə bilər ki, "Anji"yə gəldim
ilk gündən bu ana qədər komandada çox şey dəyişib. Mən öz təcrübəmi
"Anji"nin uğurları üçün sərf etdim. Futbola sevgim sonsuzdur və bu
cür əla bir klubda çalışdığıma görə daim sevinirdim. Amma mən özümü artıq məşqçi
kimi sınamaq istəyirəm. Düşünürəm ki, bunun üçün tam hazıram. Lakin
"Anji"də bu vəzifəni tutmağımın mümkünsüz olduğunu anlayınca klubdan
gedəcəyimi qətiləşdirdim. Bundan sonra təkliflərin sayı artdı. Türkiyə ilə
yanaşı, Qətər və İspaniyadan da xidmətimdə maraqlı olanlar var idi".
Braziliyalı sabiq futbolçu "Sivasspor"u seçməsinin səbəbini belə izah edib: "Sivasspor"u ona görə seçdim ki, ilk ciddi təklifi məhz bu klubdan aldım. Klubun prezidenti özü şəxsən mənimlə əlaqə qurdu. Müəyyən danışıqlardan sonra təklifi qəbul etdim. Bildirdim ki, mən komandanın baş məşqçisi olacağam. Mənim fəaliyyətimdən çox şey asılı olacaq. Oyunçu transferlərindən tutmuş gənclərin inkişafına qədər. Karyeram ərzində bir çox məşqçilərlə çalışmışam və onların hər birindən nəsə öyrənmişəm. İndi isə öyrəndiklərimi gənclərlə paylaşmaq zamanıdır".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |