“İnter” taktiki və fiziki hazırlıq səviyyəsinə görə həmişə fərqlənir"

18.06.2013 | 5249 dəfə oxunub

Ötən həftə “İnter” yarımmüdafiəçisi Aleksandr Qross ilə vidalaşdı. Stadium.az xəbər verir ki, klub və oyunçu arasında 2014-cü ilədək müqavilə qüvvədə idi, lakin qarşılıqlı razılığa əsasən razılışmaya son qoyuldu. Futbolçu transfer vərəqəsini klubdan aldıqdan sonra “İnter”dən ayrılmağı barədə fikirlərini klubun saytına açıqlayıb: "İnter"ə minnətdarlığımı bildirmək istəyirəm. Bu klubda 4 il keçirdim. Kluba gələndə 14 yaşım vardı. İndi mənim 20 yaşım var və “İnter”də keçirdiyim bu 4 il ərzində yaddaşımda ancaq yaxşılıq qaldı. Həmin yeniyetmə yaşımda yaxşı məşqçinin rəhbərliyi altında oynamaq çox vacib idi və mənə bu nəsib oldu. “İnter”in əsas komandasının bütün məşqçilərinə, xüsusilə də Kaxaber Tsxadadzeyə minnətdarlığımı bildirmək istəyirəm. Təqribən 3 il onun rəhbərliyi altında meydançaya çıxdım və ötən müddət ərzində ondan istər futbol planında, istərsə həyat planında çox şey öyrəndim. “İnter” taktiki və fiziki hazırlıq səviyyəsinə görə, meydançada nizam-intizama və müdafiədə oyuna görə həmişə fərqlənir. Bu məşqçinin rəhbərliyi altında və təcrübəli oyunçuların yanında qazandığım keyfiyyətləri karyeramda mütləq mənə lazım olacaq. Etiraf edim ki, əvvəllər həyata baxışlarım fərqli idi. Malik olduğumu o qədər qiymətləndirmirdim. İndisə çox şey dəyişdi, çox şeyi anladım. “İnter”in rəhbərliyinə və ayrıca prezident Georgi Nikolova minnətdarlığımı bildirmək istəyirəm. Bu insanlar məni həmişə dəstəklədilər. Əlbəttə mənim üçün “İnter” futbol klubundan da artıqdır. İndi mənə oynamaq lazımdır, U-21 komandasında yerimi qaytarmaq lazımdır, irəliyə addımlamaq vacibdir. Bəzi təkliflər var və ümid edirəm ki, məndə alınacaq. Bir daha “İnter”ə uğurlar arzulayıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail