"Çempionluğu əldən verməyimizin əsas səbəblərindən biri də bu oldu" Müsahibə

18.06.2013 | 5115 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Nadirovun klubun rəsmi saytına müsahibəsi.

- "Qarabağ" bu mövsüm çempionluğa çox yaxın oldu. Ancaq son anda nəsə çatmadı. Səncə, çatışmayan nə idi?

- Hamı görürdü ki, bizim çempionluq istəyimiz böyük idi. Hər futbolçu bir qədər də artırsaydı, çempion olardıq, ancaq alınmadı. Mən bu haqda danışmaq istəməsəm də, Premyer Liqada hakimlərin idarəçiliyi də qənaətbəxş deyildi. Hər halda ikinci yeri tutduq və Avropa Liqasına vəsiqə qazandıq.

- Qış fasiləsinə qədər məhsuldar oyun nümayiş etdirmədin. Lakin çempionatın final mərhələsində bir-birindən vacib qollara imza atdın. Fərqli iki dövrə keçirdin. Buna necə izah verərdin?

- Vacib oyunlar ərəfəsində baş məşqçimiz Qurban Qurbanov bizə dedi ki, hər biriniz 5 faiz artırsa, çempionluq bizim olacaq. Onun dedikləri haqqında çox düşünürdüm və məşqlərdə də var gücümü ortaya qoyurdum. Anlayırdım ki, çempionluq çox yaxındadır. Bunun nəticəsi kimi həmin dönəmi əla keçirdim. Təəssüf ki, heç də hamı eyni şeyi bacarmadı. Çempionluğu əldən verməyimizin əsas səbəblərindən biri də bu oldu.    

- Vurduğun qollar həm də çox baxımlı alındı. Vurduğun hansı qol sənin daha çox ürəyincə oldu?

- Səmimi desəm, kubok matçında "Neftçi"yə vurduğum qol mənə daha çox xoş oldu.

- Mətbuatda xəbərlər yayıldı ki, başqa klublardan təklif almısan. Ancaq sən "Qarabağ"da qalmağı üstün tutdun. Bu qərarı verərkən nə düşündün?

- Mənim atam Qarabağ uğrunda döyüşlərdə şəhid olub, mən ağdamlıyam. Bu komandanın adı, azarkeşləri mənim üçün çox vacibdir. Ölkənin digər iddialı klublarından çox ciddi təkliflər var idi. Ancaq mən pula üstünlük vermədim.

- Avropa Liqasında keçirdiyi uğurlu oyunlar sayəsində "Qarabağ" ölkədə xeyli məşhurluq qazanıb. Və bir illik fasilədən sonra klub yenə Avropa səhnəsinə qayıdır. Bu dəfə qrup mərhələsinə vəsiqə qazanmaq arzusu gerçəkləşə bilərmi?

- Əlbəttə, zamanıdır. Bunun üçün gərək hazırlıq dönəmini səmərəli keçirək. Mən inanıram ki, qrup mərhələsi uzaqda deyil.

- Cəzalı olduğun üçün millimizin Lüksemburqa qarşı oyununu buraxmalı oldun. Azarkeşlər qələbə göləyirdilər. Lakin yenə heç-heçəyə məyus oldular. Millimiz niyə zəif oynadı?

- Azarkeşlərimizin məyusluğunu yaxşı anlayıram. İlk qoldan sonra hesab arasındakı fərqi daha da artıra bilsəydik, böyükhesablı qələbə qazana bilərdik. Ancaq fürsətləri boşa verdik və rəqib bunu bizə bağışlamadı.

- Bu  sualım dünya futbolu ilə bağlıdır. Son illər ispanlar hegemonluq edirlər. Ancaq axırıncı Çempion Liqasında almanlar bu tendensiyaya son qoydu. Necə düşünürsən, ispanların dönəmi sona çatdı?

- Yox, mən elə düşünmürəm. Ola bilər ki, həm `Real`, həm də `Barselona` aşırı arxayınçılıq var idi. Çox yaxşı təsir bağışlayan almanlar isə bu arxayınçılığın cəzasını kəsməkdə çətinlik çəkmədilər.  

- Yeni mövsümün hazılığı necə gedir?

- Hələ tam gücümüzlə hazılaşa bilmirik. Legionerlər və milli futbolçularımız fərqli vaxtlarda düşərgəyə qoşuldular. Bir necə gəncimiz də bizimlədir.  Getdikcə sürəti artırırıq. Yeni gələn futbolçular olacaq. Çalışacağıq Avroliqanın ilk oyununa qədər hazır olaq.

- Avroliqada rəqiblər artıq "Qarabağ"a zəif baxmayacaq...

- Hə, Avrokuboklar üçün darıxmışıq. Azarkeşlərimizin bizdən uğur gözləməsi də tam normaldır. Bu bizim məsuliyyətimizi artırır. Uğur qazandıqca insanlar daha çox şey gözləyir. İnşallah, `Qarabağ` adını ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq.

- Azarkeşlərə sözün.

- Onlar hər zaman bizim yanımızda olub. Daima onların mənəvi dəstəyini hiss etmişik. İnanıram ki, birlikdə çox şeyə nail olacağıq. "Qarabağ" daim zirvə üçün döyüşüb, heç vaxt da hədəflərini dəyişməyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail