"Lokomotiv"in yeni baş məşqçisi müəyyənləşdi

18.06.2013 | 3588 dəfə oxunub

"Rusiyanın "Lokomotiv" klubunda baş məşqçi dəyişikliyi olub. Stadium.az xəbər verir ki, ötən mövsüm böyük ümidlərlə komandaya gətirilən, lakin sonra uğursuzluqla üzləşən Slaven Biliç istefaya göndərilib. Bu haqda "dəmiryolçular"ın rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bundan sonra komandanı Leonid Kuçuk çalışdıracaq. Klubun prezidenti Olqa Smorodskaya bu gün yeni çalışdırıcını komanda üzvlərinə təqdim edib.  

Qeyd edək ki, Kuçuç vaxtı ilə "Bakı"ya rəqib olub. Belə ki, 2007-ci ilin yanvarında Moskvada keçirilən "Birlik Kuboku"nda belaruslu mütəxəssisin rəhbərlik etdiyi "Şerif" qrup mərhələsində "Bakı"nı 4:3 hesabı ilə məğlub etmişdi.

Son mövsümdə isə Kuçuk Rusiyanın digər klubu "Kuban"ı çalışdırırdı. Komandanı tarixində ilk dəfə avrokuboklara daşıyan Kuçuk mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə ortaq məxrəcə gələ bilmədiyindən yeni müqavilə imzalamaqdan imtina edib.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail