"Hafiz Məmmədov futboldan ölkəsini tanıtmaq naminə istifadə edir" Müsahibə
"Bakı"nın sabiq futbolçusu Nenad Kovaçeviç Fransa mətbuatına müsahibə verib. Müsahibəsində Kovaçeviç "Bakı"nın prezidenti Hafiz Məmmədov haqda da fikirlərini açıqlayıb.
- Azərbaycandakı karyeran necə alındı?
- Yaxşı
oldu. Düzü, orada karyeramın belə uğurlu olacağını gözləmirdim. Bu komandada öz
oyunumu artırdım, ölkə kubokunu qazandım. Azərbaycanda futbolu çox sevirlər.
Onu da qeyd edim ki, orada pul çoxdur. Buna baxmayaraq Fransaya qayıtmaq qərarı
verdim. Ona görə ki, mənim üçün əsas məqsəd dolu tribunalar önündə oynamaq idi.
Təəssüf ki, Azərbaycanda hər oyuna 500-700, ən yaxşı halda isə 1000 azarkeş gəlirdi.
- Azərbaycandan bəzi futbolçuların “Lans”a keçəcəyi
gözlənilir. Bu ölkənin çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Nə çox
yaxşı, nə də çox pis deyə bilərəm. Yüksək liqada hər şey qaydasındadır. Orada
legionerlər və xarici məşqçilərin olmasının Azərbaycan futboluna faydası var.
Ölkə inkişaf edir. Futbola buraxılan pullar sayəsində Azərbaycan futbol xəritəsində
yer almağa başlayıb.
- Bəs, Hafiz Məmmədov haqda fikirləriniz necədir?
- O,
“Bakı”da mənim prezidentim idi. Futbolun inkişafı üçün əlindən gələn edən
iddialı bir insandır. Onun çoxlu pulu və təcrübəsi var. Eyni zamanda çox məsuliyyətli
insandır. Düzü, Hafiz Məmmədovu çox görməmişəm. Çünki biznesinə görə tez-tez səfərlərdə
olur. Onunla işbirliyindən məmnun idim. Hafiz Məmmədov haqda hamı yaxşı
danışır. O, futboldan ölkəsini tanıtmaq naminə istifadə edir.
- Hafiz Məmmədovun “Lans”ı almaq istəməsinə necə
baxırsan?
- Bu,
yaxşı ideyadır. O, “Bakı” klubu üçün yaxşı şərait yaradıb. Yeni baza tikib,
meydançalar salıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |