Səhər fiziki, axşam texniki-taktiki hazırlıq
"Rəvan” yeni mövsümə hazırlıqlarını davam
etdirir. Stadium.az xəbər verir ki, komanda bazar ertəsi baş tutan bərpaedici məşqdən
sonra "gücləndirilmiş rejim”lə çalışır. Gündə 2 dəfə məşq edən futbolçular
bugünkü səhər məşqində əsasən fiziki hazırlıq üzərində çalışdı. Müxtəlif maneələri
dəf etməklə müəyyən olunmuş məsafələrə qaçan oyunçular eyni zamanda fiziki
çalışma üzrə ənənəvi təmrinləri də yerinə yetirdi.
Axşam məşqində isə texniki-taktiki hazırlıq ön
plana çıxdı. Baş məşqçi Ramil Əliyev yetirmələrinə dar sahədə pressinq altından
çıxmaq üzrə xüsusi tapşırıqlar verdi. Təxminən saatyarım davam edən məşqdə
oyunçular ənənəvi "kvadrat” üzrə də çalışdılar. Bir toxunuşlu ötürmələrlə
topu özündə saxlamağa yönəlik hərəkətlər isə bütün oyunçuların lap ürəyindən
oldu. Məşqin sonunda komanda üzvləri cinah asmaları və onların qapanması, eləcə
də qapıya zərbələr üzərində işlədi.
Qeyd edək ki, hərbçilər arasında keçirilən I dünya
çempionatında millimizin şərəfini qoruyan 6 futbolçunu saymasaq, heyətlə bağlı
problem yoxdur. Belə ki, yüngül zədələri olan qapıçılar Lukaş Sapela və Fuad
Əhmədov, eləcə də dizindəki ağrılara görə bir müddət "istirahət edən” Şəhriyar
Rəhimov bütün komanda ilə ümumi qrupda məşqdə iştirak etdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |