Vladislav Qədirovun köməkçiləri müəyyənləşdi
Artıq "Rəvan”da rəsmən fəaliyyətə başlayan yeni baş məşqçi Vladislav Qədirovun köməkçiləri müəyyənləşib. Stadium.az xəbər verir ki, 42 yaşlı mütəxəssisə Azərbaycan futbolunun məşhur simaları - Fərrux İsmayılovla Xəqani Məmmədov yardım edəcək. Fərrux İsmayılov karyerası ərzində "Dinamo”, "Neftçi”, "Sanat Neft” (İran), "Volın” (Ukrayna), "Qarabağ”, "Karvan”, "MKT Araz”, "Olimpik” və "Qəbələ” klublarında oynayıb. O, futbolçu kimi son olaraq məhz Qədirovun rəhbərliyi altında "Muğan”da çıxış edib. Azərbaycan milli komandasında 34 oyuna 4 qol vuran futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi də fəaliyyət göstərib. O, "Bakı” klubunun aşağı yaş qruplarında işləyib.
Karyerası
boyunca "Neftçi”, OİK, "ANS Pivani”, "Şəmkir”, "Maşınsazi”
(İran), "Xəzər Lənkəran”, "Olimpik”, "İnter” kimi klublarda top
qovan Xəqani Məmmədov da Azərbaycan milli komandasının formasını geyinib və 20
oyuna 1 qol vurub. O, məşqçilik karyerasına 2011-ci ildə Bakı "İnter”ində
başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət
komandasına rəhbərlik edib. Daha sonra isə "Qəbələ" Futbol
Akademiyasında çalışıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |