İqor Ponomaryov: "Elə həmin vaxt siqaretə qurşandım" Müsahibə
Veteran futbolçumuz İqor Ponomaryov "Toplu Bakı" jurnalına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Sizinlə müsahibəmizə ənənəvi sualımızla başlamaq
istəyirəm. Özünüzü təqdim edin...
- Mən
İqor Ponomaryov, bakılı keçmiş futbolçu. Çoxları mənim köklü bakılı olduğumu
biləndə təəccüblənir. Hərçənd mənim əcdadlarım arasında azərbaycanlı olmayıb.
Valideynlərim Bakıda anadan olublar. Ana-babalarım Azərbaycana ötən əsrin 30-cu
illərində Rusiyada aclıq olarkən gəliblər. Bəlkə də həmin illərdə
repressiyalardan sağ qalmaq üçün Xəzər sahillərinə üz tutublar. Biz Yasamalda,
Musabəyov ərazisində yaşayırdıq. Adi bir ailədənəm. Anam poçtda, atam zavodda fəhlə
işləyirdi. O vaxt hamının ailəsi təxminən bu cür olurdu. Hal-hazırda bacım və
anam Azərbaycanda yaşayır.
- Futbolla ilk tanışlığınız necə olub?
- İlk dəfə
futbola 8 yaşım olanda getməyə başladım. Atam məni “Spartak” stadionunda Albert
(Ələkbər) müəllimin yanına gətirdi. O mənə baxdıqdan sonra, yaşım az olduğu
üçün Vaqif Axundovun yanına göndərdi. Vaqif müəllim məni qəbul etdi və mən
Tofiq Bəhramov adına stadionun arxasındakı meydançada, məşğul olmağa başladım.
Sonra onun bədən tərbiyəsi texnikumunda işləri ilə əlaqədar vaxtı olmadı və məni
Ənvər Quliyevə tövsiyə etdi. Onun yanında yavaş-yavaş futbol oynamağa başladım.
- O vaxtkı məhəllənizi necə xatırlayırsınız?
- Çoxmillətli
bir məhəlləmiz vardı. Ermənilər, ruslar, yəhudilər və azərbaycanlılar birgə
mehriban yaşayırdı. Küçələrimiz çox yaxşı idi. Evimizin yaxınlığında meydança
vardı. Çox vaxt orada olurduq. Əksər hallarda özümdən böyüklərə qarşı
oynayırdım. Həmişə qonşu məhəllələrlə futbol oynamağa gedərdik. Tez-tez dağlı məhəlləsi
ilə oynayırdıq.
- İlk dəfə Azərbaycan milli komandasına dəvət
edildiyiniz gün hansı hisslər keçirirdiniz?
- Xatırlamağa
çalışacağam. 14 yaşım olardı. İlk dəfə Azərbaycan millisinə düşdüyüm mənə deyiləndə
sevincimin hədd-hüdudu yox idi. Bu xəbəri evə çatdırmaq üçün “Spartak”
stadionundan Musabəyova elə tələsirdim ki, az qalırdım uçam. Məni özümdən iki
yaş böyüklərin arasına almışdılar. 1958-ci illərdə oynayacaqdım. Ertəsi gün məşqə
gələndə məşqçim Vaqif Axundov mənə butsı hədiyyə etdi. O qədər ağır idi ki,
sanki əsgər botinkası idı. O vaxtlar şuplar əllə vurulurdu. Ona
"Neftçibazada" ayaqqabı ustasında şuplar vurdurdum. 1 ay ayaqlarımı əzsə
də, sonra açıldı və hər şey qaydasına düşdü. 1974-cü il üçün bu normal idi.
Burda söhbət maliyyə tərəfdən getmir. Butsı tapmaq çox çətin idi. Mağazalarda
butsı satmırdılar. Butsılar ustalar tərəfindən əllə tikilirdi. İlk “Adidas”
butsımı milli komandada oynayanda almışdım. Bu Yuqoslaviya istehsalı ayaqqabını
bizə 25 rubla satmışdılar.
- Müsahibələrinizin birində 14 yaşınızda futbolu
ataraq frezerovçu olmaq istədiyinizi bildirmisiniz...
- Məhəllədə
hamı məni barmaqla göstərirdi. Özümdən razı olmağa başlamışdım. Elə həmin vaxt
siqaretə qurşandım. Bir gün Vaqif müəllim bunu gördü və məni yanına çağırıb
dedi: Sən yeniyetmələr arasında Azərbaycan millisində çıxış edirsən. Gələcəyin
parlaqdır. Siqaret çəkməyi tərgitməsən, səni məşqdən qovacağam. Mən texnikuma
daxil olub atam kimi zavodda “frezerovşik” olmaq istəyirdim. Bir müddət məşqlərdən
kənar qalsam da, sonra özümə gəldim və məşqlərə davam etdim.
- Azərbaycan millisindən SSRİ millisinə necə dəvət
aldınız...
- 14-15
yaşım olardı. Biz milli komanda ilə müxtəlif turnirlərdə iştirak edirdik.
“Yunnost” adlı belə yarışların birində SSRİ millisinin məşqçiləri məni, Vasili
Kalayarovu və Aleksandr Kormanı bəyəndilər və milliyə dəvət etdilər. Aleksandr
cüssəli mərkəz hücimçusu idi. O vaxt hamı onun Banişevskinin əvəzləyicisi
olacağını deyirdi. Lakin onun bəxti gətirmədi. Təəssüf ki, bir neçə aydan sonra
dizindən zədələndi və karyerasını erkən bitirəsi oldu. 1976-cı ildə üçümüz də
SSRİ millisinin heyətində İsveçrədə turnirə yollandıq və qızıl medalları
qazandıq. 1978-ci ildə yeniyetmələr arasında Avropa çempionu olduq. Növbəti ildə
isə yuniyorlar arasında Avropa birincisi adını qazandıq.
- Avropa çempionu olsanız da, sizin Azərbaycanda məşhurlaşmağınız
1988-ci ildə Seul olimpiadasının qalibi olmağınızla bağlı idi. Olimpiadanın
qızıl medallarını qazanarkən hansı hissləri keçirirdiniz?
- Təəssüratlarımı
sözlə ifadə etmək çətindir. Hər kəsə belə bir uğuru qazanmaq nəsib olmur. Mən
öz taleyimə minnətdaram ki, bu məhz mənim həyatımda oldu. Əvvəla ona görə ki,
milliyə çoxlu namizədlər vardı. Milliyə düşməyim də asan başa gəlməmişdi.
Olimpiadaya son hazırlıq məqsədi ilə yekun turnirə bir neçə boş mövqeyə namizədləri
yoxlayırdılar. Onların arasında mənim də adım vardı. Həmin turnirdə inamlı
çıxışım məşqçilərin mənim üzərimdə dayanmasına səbəb oldu. Olimpiadaya
yollanacaq komandaya məni də daxil etdilər. İlk oyunumuzu yaxşı xatırlayıram.
Biz Cənubi Koreya millisinə qarşı oynayırdıq. İlk onbirlikdə meydana çıxmışdım.
Bu matçda dizimdən zədələndim və oyunu sona çatdıra bilmədim. Bundan sonra nəinki
oynaya, hətta yeriyə də bilmirdim. İkinci oyunda məndən oynaya biləcəyimi
soruşdular. Mən oynaya biləcəyimə əmin olmadığımı desəm də, adımı oyunun
protokoluna daxil etdilər. Oyunun ikinci yarısında məşqçi qalxıb isinməyimi
tapşırsa da, ayaqlarım sözümə baxmadı. Ağrıdığım üçün oynaya bilməyəcəyimi
bildirdim. Uşaqlara kömək edə bilmədiyim üçün çox təəssüfləndim. Əlbəttə,
olimpiadada bütün oyunlarda meydana çıxmağı arzu etmişdim. Təəssüf ki,
alınmadı. Əsas odur ki, biz olimpiadanın qalibi olduq.
- Futbolçu karyeranızı bitirdikdən sonra məşqçiliyə
başladınız. İlk iş təcrübəniz uşaq futbolunda oldu. Bu gün Azərbaycanda uşaq
futbolunun sürətli inkişafı fonunda deyiləsi sözünüz yəqin ki var...
- Bəli
ilk dəfə İsveçdə uşaq futbolunda məşqçi kimi fəaliyyətə başladım. Bu sahədə
böyük təcrübəm var. Azərbaycanda bu istiqamətdə çox işləmək lazımdır. Ən əsası,
uşaqların düzgün seçilməsi və onlara düzgün məşq keçilməsidir. Elə etmək
lazımdır ki, onların inkişafı dayanmasın. Müəyyən yaş dövrü var ki, həmin ərəfədə
uşaqların proqresi dayana bilər. Bu hardasa 13-14 yaşlarından sonra baş verir.
Bir çox perspektivli futbolçular bu ərəfədə zəifləyir. Bu inkişaf zəncirinin
qırılmaması çox vacibdir. Azərbaycanda bundan çox narahatam. “Bakı” Atletiko
Madridlə əməkdaşlığa başlayıb. Artıq “Qəbələ”, “Neftçi” və “İnter” klubları da
uşaq futbolu sahəsində böyük işlər görür.
- Sizin fikrinizcə, milli komandalar səviyyəsində
konkret nəticələr qazanmaq üçün nə qədər vaxt lazımdır?
- Hafiz
müəllimin “Atletiko” ilə bağlı planları ilə tanış olandan sonra bu insana
yalnız “afərin” demək qalır. O bütün gücü ilə çalışır ki, futbolumuz inkişaf
etsin. Gənc futbolçular yetişsin. Açığı, Avropa və dünya miqyasında milli
komandalar formalaşdırmaq üçün 2-3 il kifayət deyil. Hər hansı müəyyən addımlar
atılmalıdır. Misal üçün, konkret olaraq 2016-cı ildə Azərbaycanda keçiriləcək
Avropa çempionatı üçün heyət hazırlanmalıdır. Onlar sonrakı illərdə öz sözlərini
deyəcək və yeni nəsil yaranacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |