“Qarabağ” UEFA-ya müraciət edəcək
“Qarabağ”
Avropa Liqanın “pley-off” mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə oyunda
baş tutacaq mümkün təxribatla bağlı UEFA-nı məlumatlandıracaq. Bu barədə
Modern.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
O
bildirib ki, yarışı keçirən klub da UEFA oyunlarında siyasi məsələlərin
qabardılmasının qəti əleyhinədir. Odur ki, bunu edən klubu çox ciddi cəza gözləyir.
“Çünki ikinci təsnifat mərhələsində “Qarabağ”la Polşanın “Piast” klubu ilə son
oyunda da qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asmışdılar.
Etirazımızdan sonra bayraq yığışdırıldı. UEFA-ya şikayət etdik və UEFA nümayəndəsi
bunu öz protokolunda yazdı”.
Klub
sözçüsü onu da bildirib ki, Almaniyanın “Ayntraxt” klubu ilə oyundan qabaq UEFA
nümayəndəsi ilə görüş zamanı bu məsələni qabardacaqlar. “Hər oyundan əvvəl UEFA
nümayəndəsi və klubun rəhbərliyi ilə görüş olur. Onlara da yenidən belə bir təxribatın
olmaması üçün öz tövsiyələrimizi verəcəyik. Qarşı tərəf də yaxşı bilir ki, əgər
belə bir hal olsa, rəqib komandanı ciddi cəza gözləyir. Biz də öz növbəmizdə
onlara bu barədə məlumat verib bunun qarşısının alınmasına çalışacağıq”.
Qeyd edək
ki, ötən gün Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri
Toğrul Əziz bildirib ki, “Qarabağ”la Almaniyanın “Ayntraxt” klubunun oyunu
zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat
var. Toğrul Əziz bununla bağlı “Qarabağ” kluubnun rəhbərliyinə müraciət edib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |