Toşak: "Bu oyunda qazanılacaq qələbə..."
"Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak bu gün klubun rəsmi saytına komandanın hazırlığı və qarşıdakı “Neftçi” ilə oyun haqqında düşüncələrini danışıb. Təcrübəli mütəxəssisin fikirlərini təqdim edirik:
- “Hazırda məşqlərimiz davam edir və qarşıda
bizi çox çətin bir oyunun gözlədiyini dərk edirik. “Neftçi” ilə matçın bu camiə
üçün nə qədər önəmli olduğunu bütün komanda anlayır. Futbolçuların məşqlərdə
daha da istəklə çalışması, gözlərində olan qələbə istəyi məni sevindirir. Bu
oyunda qazanılacaq qələbə bizi uğursuzluq zolağından çıxarmaqla yanaşı
komandanın özünə olan inamını da artıracaq. Buna görə də belə imkanı əldən
buraxaraq azarkeşləri daha da üzməyi qətiyyən düşünmürük. Komandamız etiraf
edim ki, çempionata tam hazır deyil. Qısa toplanış keçirməyimiz, toplanış
zamanı bəzi futbolçuların zədələnməsi və ardıcıl səfərlər bizə müəyyən qədər
problem yaratdı. İndi qətiyyən məsuliyyətdən qaçmaq olmaz və istənilən halda
nəticəyə mən cavabdehlik daşıyıram. Heç kəs deməyəcək Toşak “Real”da çalışıb və
filan uğuru qazanıb. Hamı deyəcək ki, Toşak “Makkabi”yə böyük hesabla məğlub
olub. Yəni, futbolda son oyuna görə mühakimə olunursan. Odur ki, mənimlə birgə
futbolçularımız da hər qarşıdakı oyuna daha böyük məsuliyyətlə yanaşmalıdır.
Komandamıza yaxın günlərdə bir neçə futbolçu qatılacaq ki, artıq transfer
pəncərəsi bağlanandan sonra biləcəyik ki, əlimizdə necə və hansı formada
material var. “Qarabağ”la matçın ikinci hissəsində göstərilən oyun şəxsən məni
çox ümidləndirdi. Belə düşünürəm ki, qarşıdakı günlərdə komandamız tam
istədiyimiz formada olacaq!"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |