"Rəvan" - "İnter": qarşıdurmanın tarixi
Məlum olduğu kimi, Premyer Liqanın 4-cü turunda “İnter” səfərdə “Rəvan”la qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu qarşılaşma komandalar üçün sayca 5-ci olacaq. İndiyədək komandalar 4 dəfə üz-üzə gəlib. Hər 4 oyun da "İnter"in qələbəsilə başa çatıb.
Komandalar |
O |
Q |
H |
M |
X |
“Rəvan” |
4 |
0 |
0 |
4 |
1-7 |
“İnter” |
4 |
4 |
0 |
0 |
7-1 |
Bütün bu oyunlar milli çempionat çərçivəsində keçirilib. Bu qarşılaşmalarda “İnter” “Rəvan”ın qapısından 7 top keçirib, rəqib isə 1 qolla fərqlənib. Maraqlıdır ki, son 3 matçda “Rəvan”ın futbolçuları "İnter"in qapısına yol tapa bilməyiblər. Rəqibin “İnter”in qapısından keçirdiyi son qol 2011-ci ilin oktyabr ayına təsadüf edir.
“Rəvan”a qarşı səfər
oyunlarında “İnter” tam üstünlüyə malikdir: 2 oyunda 2 qələbə, toplar arasında
fərq 4-1-dir. 2011-2012-ci il mövsümündəki matçda "İnter" rəqibə
meydanında 2:1 hesabıyla qalib gəlib, ötən mövsüm isə “İnter” bu komandanı 2:0
hesabıyla məğlub edib.
“Rəvan”-“İnter” matçının tam siyahısını təqdim edirik:
Mövsüm |
Matç |
Hesab |
Qol müəllifləri |
2011/12 |
"Rəvan"-"İnter" |
1-2 |
90+1’E.Hodziç-13’E.Abdulov,
44’İ.Kandelaki |
2011/12 |
"İnter"-"Rəvan" |
1-0 |
43’İ.Niasse |
2012/13 |
"Rəvan"-"İnter" |
0-2 |
27’N.Hacıyev,
61’B.Tsxadadze |
2012/13 |
"İnter"-"Rəvan" |
2-0 |
51(p)’B.Tsxadadze,
90+4’S.Zərgərov |
Qeyd edək ki, “Rəvan” və “İnter” arasında keçirilən 4 matçın son 2 qarşılaşmasında qeydə alınan ən populyar hesab 2:0 olub. Maraqlıdır ki, bu matçların ən yaxşı bombardiri də Baçana Tsxadadzedir və forvardın aktivində 2 qol var.
Bu matça əlavə maraq
qatan detal odur ki, hazırda “Rəvan”ın heyətində “İnter”də oynamış
futbolçular-Tofiq Mikayılov, Şəhriyar Rəhimov və Elnur Abdulov çıxış edirlər.
Əlavə edək ki, cari mövsümün startı hər iki komanda üçün uğurlu alınmayıb. Belə ki, “İnter” və “Rəvan” indiyədək bir xal toplaya bilməyən yeganə iki komandadır.
Xatırladaq ki, “Rəvan”-“İnter” qarşılaşması avqustun 25-də Bayıl stadionunda baş tutacaq. Oyun saat 20.00-da başlayacaq, oyunun baş hakimisə Elvin Əsgərov olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |