Lənkəran stadionunda ölümcül yaralılar

25.08.2013 | 5575 dəfə oxunub

"Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasından sonra ikinci qalmaqal Lənkəran şəhər stadionunun giriş qapısı önündə yaşanıb. Stadium.az-ın Lənkəranda olan əməkdaşı xəbər verir ki, qarşılaşmadan sonra özünə yer tapa bilməyən fanatlar arenanın qapısını sındırıblar. Bu zaman isə xoşagəlməz anlar yaşanıb. Belə ki, insident zamanı bir leytenant başından ölümcül yaralanıb. Eləcə də azarkeşlər bir polisin üzündən vurulublar, habelə başqa bir əsgər də üzündən ciddi xəsarət alıb. Ümumilikdə polis və əsgərlərdən 6-7-si ağır xəsarət alıb və ağır vəziyyətdə təcili yardım maşını ilə xəstəxanaya aparılıblar. Azarkeşlərin qarşısını almaqda çətinlik çəkən polis əməkdaşları yekunda rezin güllələr və gözyaşdırıcı qazdan istifadə etmək məcburiyyətində qalıblar. Baş vermiş hadisə zamanı heç bir azarkeş həbs olunmayıb. Son məlumatlara görə, azarkeşlər hələ də şəhər küçələrindədirlər. Bütün bu olaylara görə isə fanatların yalnız 1 istəyi var: "Neftçi" azarkeşləri bir daha Lənkərana gəlməsinlər!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail