Qədirov 100-ə çatdı
Premyer Liqanın 6-ci turunun "Rəvan” - "Qarabağ” oyunu ikincilərin
baş məşqçisi Valdislav Qədirov üçün yubiley ilə əlamətdar olub. Stadium.az
klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcı peşəkar
məşqçilik karyerasında 100-cü görüşünə çıxdı. Ümumiyyətlə, bu 100 oyunda baş
məşqçi 44 qələbə əldə edib, 39 dəfə isə məğlub olub. Qalan 17 görüşdə isə
heç-heçə qeydə alınıb. Qədirovun sırf "Rəvan”da 45-ci oyununu keçirdiyini
də bildirək. Yubileyi "sülh” ilə qeyd edən "sükan sahibi” komandada
26 qələbə əldə edibsə, 10 matçda yenilgiyə üzülüb. "Rəvan”ı 2011-ci ildə
Premyer Liqaya çıxaran mütəxəssis komandadakı digər 9 görüşdə heç-heçəyə
şahidlik edib ki, bunlardan da sonuncusu "Qarabağ” ilə son tur matçına
təsadüf etdi.
Yubilyar məsələ ilə bağlı klubun rəsmi saytına danışıb: "100 oyun
həddinə çatdığıma görə şadam. Özü də yubiley oyununda ölkənin ən güclü
klublarından olan "Qarabağ” ilə görüşdük və onlardan xal aldıq. Əlbəətə,
qələbə qazansaydıq, daha möhtəşəm olardı. Lakin 1 xalla kifayətlənməli olduq.
Əsas odur ki, uşaqlar artıq hər oyunda döyüşür, sona qədər mübarizə aparır.
Mənə gəlincə, çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın,
sayılıb-seçilən kollektivə çevrilsin. Hər keçən oyunda inkişafın olduğunu hiss
edirəm. Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |