"Qalatasaray"ın Terimdən imtina etməsinin 7 səbəbi
Dünəndən etibarən Türkiyə mətbuatının gündəmi Fatih Terimin "Qalatasaray"dan gözlənilməz gedişidir. Stadium.az xəbər verir ki, Türkiyəli həmkarlarımız “Qalatasaray” rəhbərliyi ilə baş məşqçi arasında narazılığın bu həddə çatmasını araşdıraraq, bir sıra məqamlara diqqət çəkiblər. Beləliklə, Terimin sonunu gətirən 7 səbəbi təqdim edirik.
1. Terim
baş məşqçi postuna gələr-gəlməz klub prezidentinin müşaviri olan, daha sonra
idman direktoru təyin edilən Bülənt Tulunun komandanın təlim-məşq bazasına
gəlməsini istəmirdi. Nəticədə “İmperator” istəyinə çatdı.
2. Transfer
məsələlərində fikir ayrılığı hər zaman olub. Terim Kakanı istədiyi halda, Aysal
İtaliyaya yollanıb, Uesli Sneyderlə anlaşdı. Son olaraq, Şedju da baş məşqçinin
siyahısında ən aşağı sıralarda idi.
3. Aysalın
formalaşdırmaq istədiyi klub strukturunda Terim İdarə Heyətinin prezidenti
Lütfi Arıboğanın əlinin altında yer almalı idi. “İmperator” isə yalnız klub
prezidentinə hesab verməyi uyğun bilirdi.
4. Terim
rəhbərliyin ona “işçi” gözü ilə baxmasından narahat idi. “İmperator”
“Kasımpaşa” ilə matçdan sonra sıradan bir işçi sayılmasına etirazını bildirdi.
Düzdür, daha sonra Aysal onu nahara dəvət edib, könlünü aldı. Lakin artıq olan
olmuşdu.
5. Aysalın
da icazəsi ilə Terimin milli komandadan gələn təklifi qəbul etməsi sonun
başlanğıcı oldu.
6.
İctimaiyyətin təzyiqi ilə “Qalatyasaray” Terimə yeni iki illik müqavilə təklif
etdi. Baş məşqçi isə onunla məsləhətləşmədən bel bir addım atılmasının doğru
olmadığını bildirdi. “Antalyaspor”la görüşdən sonra “Bəzi adamlar rahat olsun
deyə, sözləşməyə imza atmaram” - söyləyərək mövqeyini ortaya qoydu.
7. Madrid
“Real”ına 1:6 hesablı məğlubiyyətdən sonra Aysal Terimə zəng vurub,
“Beşiktaş”la İstanbul deribisi ərəfəsinə ürək-dirək vermək, mükafatın məbləğini
müəyyənləşdirmək istədi. Ancaq Terim onun zənglərinə cavab vermədi. Bundan
sonra Arıboğan Terimlə görüşərək, “niyə prezidentə cavab vermədin” - deyə sual
etdi. “İmperator” isə telefonunun bağlı olduğunu, daha sonra zəng vuracağını
söylədi. Ancaq zəng vurmadı. Və bununla da bütün diqqətlər Terimin üzərinə
yönəldi...
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |