Asif Məmmədov: "Zəif futbolçunu "Rubin"də bir neçə il saxlayarlar?" Müsahibə
"İnter"in futbolçusu Asif Məmmədov Stadium.az-a müsahibə verib.
- Ardıcıl uğursuz oyunlardan sonra "İnter"
Lənkəranda mühüm qələbə qazandı. "Xəzər Lənkəran"la oyun haqda nə deyə
bilərsən?
- Lənkrənda
çox ağır oyun oldu. "Xəzər Lənkəran" son vaxtlar inamlı çıxış edirdi.
Son 2 matçda da qələbə qazanmışdılar. Bu səbəbdən də oyunun çətin keçəcəyini
bilirdik. Biz də oyuna çox yaxşı hazırlaşmışdıq. Çempionat başlayandan çoxlu xal
itkisinə yol vermişdik. Bu səbəbdən də Lənkərana ancaq qələbə üçün
yollanmışdıq. Çox şadam ki istəyimizə çatdıq və çətin oyun olmasına baxmayaraq,
3 xal qazana bildik. Komanda şəklində yaxşı oynadıq.
- Bu qələbədən sonra "İnter"in uğursuzluq
seriyasına son qoyduğunu söyləmək olar?
- Bunu
zaman göstərəcək. Qarşıda bir-birindən gərgin oyunlar olacaq. Amma inanıram ki,
bu qələbənin komandamıza xeyri dəyəcək. Qarşıdakı oyunlara ciddi
hazırlaşmalıyıq.
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız.
Bu oyundan nə gözləyirsən?
-
"Sumqayıt" əsasən cavan uşaqlardan qurulmuş komandadır. Çətin oyun
olacaq. Özü də səfərdə oynayacağıq. Bildiyim qədəri ilə stadionlarının durumu
elə də yaxşı deyil. Amma biz oyuna yalnız qələbə üçün çıxacağıq. İstəyimizə
çatsaq, vəziyyətimizi 50 faiz düzəltmiş olacağıq. Bundan sonra ilk dövrə başa
çatır və hazırlıq üçün 10-15 gün vaxtımız olacaq. Onda da yaxşı hazırlaşıb,
ikinci dövrədən etibarən uğurlu oyunlar seriyasına başlaya bilərik
- "İnter"in 8 turdan sonra bu vəziyyətdə
olacağına heç kim inanmazdı. Nə baş verdi ki komanda bu cür vəziyyətə düşdü?
- Bunun
yalnız bir səbəbi ver - heyətdə baş verən dəyişikliklər. Mövsüm başa çatdıqdan
sonra komandada köklü dəyişikliklər oldu. 12-13 futbolçu getdi, əvəzinə yeniləri
gəldi. Özü də gələnlərin demək olar ki, hamısı Azərbaycanda debütantdılar.
Onların yerli mühitə uyğunlaşması üçün vaxta ehtiyac var. Komandada bu cür dəyişikliklər
olarkən müəyyən qədər uğursuzluğun olması gözləniləndir. İnanıram ki, tezliklə
uğursuzluğa son qoyacağıq. Zaman keçdikcə yeni gələn futbolçular da çempionatın
səviyyəsinə bələd olurlar. Başa düşürlər ki, Azərbaycan çempionatında mübarizə aparmaq heç də asan deyil.
- "İnter"də baş verən dəyişikliklərdən
sonra çoxları komandanın ötən mövsümlə müqayisədə zəiflədiyini düşünür.
Komandanın içində olan adam kimi bu fikirlə razısan?
- Mənim
həmkarlarım haqda danışmağım düzgün olmaz. Amma komandaya qoşulan yeni
futbolçuların hamısının yaxşı karyerası olub. Laşa neçə il "Rubin"də
oynayıb, komanda ilə Rusiya çempionu olub. Zəif futbolçunu "Rubin"də bir
neçə il saxlayarlar? Olsun İaşvili. Bu adam 17 il Almaniyada oynayıb. Bu heç də
kiçik göstərici deyil. Həm də hər şeyi yenilərin üstünə atmaq düzgün deyil. Bəlkə
elə komandadakı köhnə futbolçular zəif çıxış edir deyə, komanda uğursuzluğa
düçar olur?
- Əksəriyyət artıq "İnter"in çempionluq şansının üstündən xətt çəkib. Sən də bu fikirdəsən?
- Təbii ki yox. Qarşıda hələ 27-28 tur var. Vəziyyətimiz dəhşətli dərəcədə pis deyil. Liderdən cəmi 9 xal geri qalırıq. Oyunlarda da görürük ki istənilən komanda büdrəyə bilər. Bu səbəbdən də şansımız tükənməyib. Sona kimi də mübarizə aparacağıq.
- Son oyunlarda baş məşqçi sənə güvənmir. Əvvəlki
turda ehtiyatda qaldın, Lənkəranda isə ikinci hissədə meydana daxil oldun.
- Heç bir problem yoxdu. Avroliqa oyunlarında ciddi zədə aldım. Həm də
həkimlər düzgün diaqnoz qoymadılar. Bir müddət sonra yenidən zədələndim. Hardasa,
45 gün futbolsuz qaldım. İndi-indi formamı bərpa edirəm. Lənkəranda 40 dəqiqə
oynadım. Özümü yaxşı hiss edirəm. İnanıram ki, qarşıdakı fasilə mənə çox
faydalı olacaq. Tam formamı bərpa edib, əsas heyətdəki yerimi qaytaracağam. Məşqçi
ilə bu haqda danışmışam. Onunla heç bir problemimiz yoxdur, ola da bilməz. Tezliklə
əsas heyətə qayıdacağıma inanıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |