"Məmnuniyyətlə "Qəbələ"də çıxış edərdim"
Xəbər
verdiyimiz kimi ukraynalı peşəkar boksçular - Sergey Fedçenko (şəkildə solda) və
Valentin Qolovko (şəkildə sağda) hazırda "Qəbələ" İdman Klubunun
boksçusu Fariz Məmmədovla birlikdə Qəbələdə təlim-məşq toplanışındadır. İlk dəfə
Azərbaycana səfər edən Ukrayna təmsilçiləri Azərbaycan və Qəbələ haqda təəsüratlarını
gabalafc.az-la bölüşdülər. WBO versiyası üzrə Avropa çempionu Sergey Fedçenko və
perspektivli boksçu Valentin Qolovko Azərbaycana və Qəbələyə heyran
qaldıqlarını bildirdilər. Onlar ölkəmizə səfərlərinin məqsədini də saytımıza
açıqladılar:
S.F.: "Düzün desəm, "Qəbələ" İdman Klubu
haqda hər hansı bir məlumata malik deyildim. Qəbələyə gəldikdən sonra gördüklərim
məni heyran etdi. Burada idman üçün hər cür şərait var. Təbiət də çox gözəldir,
şəhər səliqəlidir. Futbol komandanız haqda da məlumat aldım. Artıq mən də sizin
azarkeşinizəm. Komandanın oyunlarını Ukraynadan izləyəcəyəm. Dostlarıma da
"Qəbələ" haqda məlumat vermişəm. Onlar da internetdən klub haqda məlumat
alıblar. Hazırda Qəbələdə təlim-məşq toplanışındayıq. Fariz Məmmədovla birlikdə
dekabra planlaşdırılan döyüşlərə hazırlaşırıq. Məni qarşıda 12 raundluq titul
döyüşü gözləyir. İnanıram ki, Qəbələ hazırlığının bu döyüşdə mənə faydası dəyəcək".
V.Q.: "Bizi Qəbələdə çox gözəl qarşıladılar. Buralar
çox xoşuma gəlir. İlk dəfədir ki, ölkə xaricində təlim-məşq toplanışında
oluram. Bizə çox yaxşı şərait yaradılıb. Məşqlərimiz maraqlı keçir. Qarşıda
bizi çətin döyüşlər gözləyir. Ukraynaya qayıtdıqdan sonra "Ukrayna
Atamanları" boks komandası ilə müqavilə bağlamaq ehtimalım var".
"Nə
vaxtsa "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil etmək istərdinizmi"
sualına boksçuların cavabı müsbət oldu:
S.F.: "Az öncə söylədiyim kimi Qəbələdəki şərait
xoşuma gəldi. Amma hazırda başqa kompaniya ilə müqaviləm var və onu poza bilmərəm.
Müqavilə bitdikdən sonra niyə də yox?".
V.Q: Məmnuniyyətlə "Qəbələ"də çıxış edərdim.
Hazırda sərbəst boksçuyam. Əgər təklif olarsa, bu barədə müzakirə aparmağa dəyər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |