Ruslan Abışov: "Rusiya ilə matçda qələbəyə oynayacağıq" Müsahibə
Milli komandamızın üzvü Ruslan Abışov formasını geydiyi "Rubin"in rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Ruslan, seçmə mərhələnin son oyununda oktyabrın
15-də Rusiya millisi ilə qarşılaşacaqsınız. Bu oyun sizin üçün prinspial
xarakter daşıyır?
- Mən
belə deməzdim. Ancaq doğma meydanda qələbə qazansaq, xalqımız çox sevinər.
Şimali İrlandiya üzərindəki qələbədən sonra Rusiya ilə oyuna yaxşı əhval-ruhiyyədə
çıxacağıq. Azərbaycanda bu oyuna böyük maraq var. Əgər Rusiya ilə heç-heçə
oynasaq, bu bizim üçün yaxşı nəticə olar.
- Qrup lideri olan bir komandanı məğlub etməyi
planlaşdırmırsınız?
- Əlbəttə,
biz Rusiya millisinə hörmətlə yanaşırıq. Nə də olmasa, qrup lideridir. Ancaq
biz öz meydanımızda yalnız qələbəyə oynayacağıq. Bu oyuna yaxşı köklənəcəyik,
ona görə də rəqibə asan təslim olmayacağıq.
- Millinin lideri olmaq və bunun sayəsində klubunda
oyun təcrübəsi qazanmaq necədir?
- Bu
asan deyil. Yaxşı və təcrübəli futbolçulardan təşkil olunmuş komandamız var.
Xalqımız öz həmvətənlərinin çıxış etdikləri klubları yaxından izləyir. Çoxları
soruşur: "Ruslan "Rubin"də niyə oynamır?". Bu futboldur.
"Rubin"də güclü futbolçular çoxdur. Bunu yaxşı başa düşürəm, məşq
edirəm və öz şansımı gözləyirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |