Syomin: “Əgər çempionatın startınadək mənə desəydilər ki...”
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın ilk dövrəsinin yekunları ilə bağlı fikirlərini gabalafc.az-la paylaşıb. Stadium.az xəbər verir ki, rusiyalı məşqçi ilk dövrənin nəticələrindən razı qalmadığını bildirib: “Əgər çempionatın startınadək desəydilər ki, siz ilk dövrədən sonra 16 xalla 3-cü yerdə qərarlaşacaqsınız və liderlə cəmi 2 xal fərqiniz olacaq, mən bundan razı qalardım. Çünki komandamız yeni formalaşırdı, çoxlu yeni futbolçularımız var idi, kollektiv komplektləşməmişdi. Amma hazırda ilk dövrənin nəticələrindən razı deyiləm. Çünki çox yersiz xallar itirdik. Xal itirdiyimiz oyunlarda yalnız “Neftçi” bizi üstələdi. Düşünürəm ki, digər bütün oyunlarda qalib gəlməliydik”.
Syomin Premyer Liqanın səviyyəsi barədə fikirlərini
də açıqlayıb: “Premyer
Liqada çıxış edən bütün rəqiblərimizlə qarşılaşdıq. Rəqiblərimizin oyun
planında məni təəccübləndirən, gözlənilməz hər hansı bir halla rastlaşmadığımı
söyləyə bilərəm. Sadəcə bəzi oyunlarda
var gücümüzü ortaya qoya bilmədik. Buna misal olaraq, “Sumqayıt” və
“Simurq”la qarşılaşmaları göstərə bilərəm. Tam gücümüzlə çıxış etməməyimizdə rəqiblərimizin
də rolu böyükdür. Onlar artıq bizi güclü rəqib kimi qəbul edir və
futbolçularımıza qarşı xüsusi tədbirlər görürlər. Startda bəzi yeni
futbolçularımıza elə gəlirdi ki, Azərbaycan Premyer Liqası əvvəl oynadıqları
çempionatlarla müqayisədə daha zəifdir və
onlara qarşı güclü rəqabət olmayacaq. Halbuki Azərbaycan çempionatı yetərincə
güclü və gərgin mübarizə şəraitində keçən birincilikdir. Burada güclü məşqçi və
futbolçulardan ibarət kollektivlər var. Artıq rəqiblərimizi və mübarizə
apardığımız turniri tanıyırıq. Bu da o deməkdir ki, ikinci dövrədə həm münasibətdə,
rəqiblərimizə qarşı mübarizədə daha diqqətli olmalıyıq".
Komandanın hazırkı durumundan və X turda baş tutacaq "İnter"-"Qəbələ" matçının hazırlıqlarından söz açan Syomin qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib: “Hazırda komandanın durumu çox yaxşıdır. Turnir cədvəlindəki yerimizi də yaxşı saya bilərik. Rəhbərliyin komandaya münasibəti də yüksək səviyyədədir. İstədiyimiz şərait yaradılıb, işimizə mane olan yoxdur. Qarşıdakı oyunlarda hər şey özümüzdən asılı olacaq. Ümid edək ki, yığma komandalar göndərdiyimiz futbolçular sağlam formada Qəbələyə dönəcəklər. Biz də komplekt şəkildə yolumuza davam edəcəyik. O ki, qaldı “İnter”lə oyuna komanda qarşılaşmaya ciddi hazırlaşır. Mənə rəqibin necə oynadığı deyil, bizim necə oynayacağımız maraqlıdır. Təbii ki, rəqibin oyununu analiz edirik və ciddi yanaşırıq. Ən əsası isə bizim tam gücümüzü nümayiş etdirməyimizdir. Əgər bunu bacarsaq, bizim üçün qorxulu rəqib yoxdur”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |